Mingəçevir bələdiyyəsinin keçmiş sədri məhkəmə qarşısında

“Hazırda istintaq tamamlanaraq, cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib”, – prokurorluqdan bildirilib.

Source: Specify Source


Coşqun Abdullayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ittihamı irəli sürülüb

2013-2020-ci illərdə Mingəçevir bələdiyyəsinin sədri işləmiş Coşqun Abdullayev cinayət məsuliyyətinə cəlb edilib. O, yaxın günlərdə Mingəçevirdə məhkəmə qarşısına çıxarılacaq.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Coşqun Abdullayevə qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.

“Coşqun Abdullayevin xidməti dövründə yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda cinayət işi başlanaraq, istintaq aparılıb. Hazırda istintaq tamamlanaraq, cinayət işi baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilib”, – prokurorluqdan bildirilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Coşqun Abdullayev bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələri ayrılması haqda saxta bələdiyyə qərarları tərtib edib.

Sabiq bələdiyyə sədrinin ittihama münasibəti, onun özünü təqsirli bilib-bilməməsi məlum deyil.

Ana səhifəSosialMingəçevir bələdiyyəsinin keçmiş sədri məhkəmə qarşısında