Metaləritmə zavodunda partlayış olub, ölən var

Məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib” – deyə, məlumatda bildirilir.

Source: Specify Source


Ölən fəhlənin kimliyi açıqlanmayıb

Yanvarın 11-də Qobustan qəsəbəsindəki Metaləritmə zavodunda partlayış olub.

Məlumatı Qaradağ Rayon Prokurorluğu yayıb. Bildirir ki, partlayış müəssisədə çalışan fəhlənin metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntıları atdığı zaman baş verib. Həmin şəxs aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

“Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib” – deyə, məlumatda bildirilir.

Prokurorluq ölən fəhlənin kimliyini açıqlamayıb.

Ana səhifəSosialMetaləritmə zavodunda partlayış olub, ölən var