“Maska taxmamağa görə cərimə orta əmək haqqının 15 faizinə bərabərdir”

Ötən ay Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib.

Source: Meydan.TV
“Maska taxmamağa görə cərimə orta əmək haqqının 15 faizinə bərabərdir”

Ötən ay Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib. Cərimələrin ümumi məbləği 76 milyon lari (təxminən 24 milyon dollar) təşkil edib. Cərimələrin ləğvi qərarı Gürcüstanın 245 mindən çox sakinini və 344 hüquqi şəxsi əhatə edəcək.

Azərbaycanda da epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə edilir.

Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs, hüquqi şəxslər də 4000 manatdan 10000 manatadək cərimə edilə bilər.

Dövlət Statistika Komitəsinin mayın 3-də yaydığı məlumatda deyilir ki, 2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74 min işə baxılıb.

Bu rəqəm 2019-cu ilin göstəricisindən 16.8 faiz çoxdur.

İqtisadçı Fərid Mehrəlizadə hesab edir ki,Azərbaycandakı cərimə məbləğlərini digər ölkələrlə müqayisə edəndə göstərici olaraq digər ölkələrdəki cərimə miqdarının manat qarşılığı olmamalıdır. İlk növbədə ona baxılmalıdır ki,cərimələrin məbləği insanların orta əmək haqlarının neçə faizini tutur.

İqtisadçının fikrinə görə, Azərbaycan hökuməti cərimələrin silinməsinə qərar versə, ölkənin iqtisadi göstəriciləri buna kifayət qədər imkan verir.

Cərimələrin pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərərin kompansasiya kimi qiymətləndirilməsinə iqtisadçının fikri belədir:

Bəs Azərbaycanda da belə qərar gözlənilirmi, Milli Məclis hökumətə bənzər təklif göndərməyi planlayırmı? Meydan tv bu sualı Milli Məclisin Əmək və sosial siyasət  komitəsinə ünvanlayıb. Komitədən bildirilib ki, koronavirusla bağlı cərimələr əsassız deyil. Vətəndaş lar pandemiya rejiminin hansısa qaydalarını pozduğu üçün cərimələnibdir.

Hər kəs çalışmalıdır ki, bu qaydalara riayyət etsin və bir-birinin, xalqın sağlamlığını qorumaqda məsuliyyət daşısın.

Bakı sakinləri pandemiya cərimələri bağlı Azərbaycanda hansı qərar verilməsini istəyərdi?

Ana səhifəSosial“Maska taxmamağa görə cərimə orta əmək haqqının 15 faizinə bərabərdir”