Maradona vəfat etdi

Argentina mətbuatının yaydığı məlumata görə, veteran hücumçu 60 yaşında vəfat edib.

Source: google.az

Futbolçunun infarktdan öldüyü bildirilir

Oktyabrın 30-da 60 yaşını tamamlayan dünya futbolunun əfsanəvi oyunçusu Dieqo Armando Maradona vəfat edib.

Argentina mətbuatının yaydığı məlumata görə, veteran hücumçu 60 yaşında vəfat edib. Onun infarkt nəticəsində öldüyü bildirilir.

D.A.Maradona 1960-cı ildə Argentinada doğulub. O, ölkəsinin "Boka Xuniors" "Arxentinos Xuniors" və İspaniyanın "Barselona", İtaliyanın "Napoli" və digər klublarında oynayıb. Argentina yığma komandasında 91 oyun keçirib 34 qola imza atan Maradona 1986-cı ildə dünya çempionu olub.

Ana səhifəDünyaMaradona vəfat etdi