Vladimir Putin

Источник: Meydan TV

Başlıq: Vladimir Putin

Makron Putini qoşunları Ukrayna ilə sərhəddən geri çəkməyə çağırıb

Məqalə "Hromadske" saytında dərc edilib

Fransanın prezidenti Emmanuel Makron aprelin 26-sı Rusiyanın prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət zamanı Fransanın dövlət başçısı Ukraynanı və həbsdə olan müxalifətçi Aleksey Navalnını dəstəkləyib.

“Le Figaro” bu barədə Yelisey sarayına istinadən yazır.

Belə ki, Makron Putini Ukrayna ilə münaqişədə gərginliyi azaltmağa, qoşunları sərhəddən və işğal olunmuş Krımdan geri çəkməyə, o cümlədən Donbasda atəşkəs rejiminə əməl edilməsinə çağırıb.

Fransanın prezidenti bundan başqa Aleksey Navalnının “sağlamlığı ilə bağlı ciddi narahat olduğunu” və Rusiyanın bu yaxınlarda geri göndərdiyi çexiyalı və italiyalı diplomatları dəstəklədiyini bəyan edib.

Eyni zamanda Kremlin saytı paralel olaraq Rusiya prezidentinin mövqeyini açıqlayıb. Orda qeyd olunub ki, Putin Makronla söhbət zamanı diqqəti “Kiyevin provokasiya xarakterli əməllərinə, – həmin əməllər təmas xəttindəki vəziyyəti məqsədyönlü şəkildə kəskinləşdirir, Minsk razılaşmasının maddələrini iqnor edir”, – çəkib.

Son həftələr ərzində Ukrayna ilə sərhədin yaxınlığında və işğal olunmuş Krımda Rusiyanın hərbi fəallığı əhəmiyyətli dərəcədə artıb.

Kəşfiyyatın xəbər verdiyi kimi, Rusiya Donbasda təmas xəttində Ukraynanı hərbi cavaba təhrik edəcək hərəkətə hazırlaşır. Rusiyanın işğalçı qoşunlarının Ukrayna ərazisinə doğru hərəkət edəcəyi cəhdləri də istisna olunmurdu. Rusiyada bununla bağlı əvvəlcə bəyan etdilər ki, qoşunlar orda hərbi təlim məqsədi ilə yerləşdirilib. Sonra bunu guya NATO-nun hədələrinə görə etdiklərini dedilər.

NATO və “Böyük yeddiliy”in xarici işlər nazirləri Rusiyadan Ukrayna ilə sərhədin yaxınlığında hərbi əməllərə son qoymasını tələb etdilər. Qərb partnyorlar (o cümlədən ABŞ-ın prezidenti Co Bayden) həmçinin Ukraynanın ərazi bütpvlüyü və suverenliyini dəstəklədiklərini bəyan etdilər.

Rusiya artıq aprelin 22-si bəyan etdi ki, hərbi təlim məqsədilə yerləşdirilmiş qoşunlarını tədriclə Ukraynanın sərhədindən geri çəkməyə başlayır. RF Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimlərdə cəmi 110 mindən çox hərbçi, 1,2 min silah və hərbi texnika, 40-dan çox hərbi gəmi və 20 təmiant gəmisi iştirak edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, “qəfil yoxlama məqsədinə tamamilə nail olunub”, RF qoşunları isə “ölkənin müdafiəsində etibarlı şəkildə dura bilmək qabiliyyətini nümayiş etdirib”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/5dc6bf

Самое читаемое