Источник: Meydan TV

“Lerik” gəmisinin kapitanı ilə gəmiçiləri bir-birini təkzib edir

Статья обновлена:  31 Декабрь 2020

“Lerik” gəmisinin kapitanı ilə gəmiçiləri bir-birini təkzib edir

“Videoda bizim gəminin uşaqları soyuducunun boş olmağını göstərirlər. Demək istəyirəm ki, bunlar hamısı yalandır. Görüntülərə inanmaq lazım deyil”.

“Lerik” gəmisinin kapitanı Fədai Səfərov yaydığı videomüraciətdə belə deyir.

İş adamı Mübariz Mənsimova məxsus olan və yeddi aydır ki, Zeytinburnunda lövbər salmış “Lerik” adlı gəminin azərbaycanlı heyət üzvləri Meydan TV-yə müraciət etmişdilər. Şikayətləri Mübariz Məsimovun həbsindən sonra əməkhaqlarını ala bilməməkləri, həmçinin gəmidə ağır, acınacaqlı şərtlərdə yaşamaqları ilə bağlı idi.

Matros Tural Fərziyevin sözlərinə görə, gəmi İstanbulda Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna daxil olan “Armada Voyager Three” şirkətinə məxsusdur, rəhbəri isə Paşa Vəkilsoydur. Dənizçi Meydan TV-yə müraciətində “Armada Voyager Three” şirkətinin onlara qarşı laqeyid münasibətindən danışıb. Aylardır gəmidə ağır şərtlərlə yaşadıqlarını bildirib. Onun sözlərinə görə, əməkhaqlarının verilməsi bir yana, ərzaq, yanacaq və digər təminatla bağlı ciddi problemlər yaşayırlar.

Material yayımlanandan sonra “Lerik” gəmisinin kapitanı Fədai Səfərov məsələ ilə bağlı video müraciət edib. Matros Tural Fərziyevin açıqlamasını, həmçinin yayılan kadrların həqiqəti əks etdirmədiyini deyib. Bildirib ki, gəmi “Gimaş” şirkəti tərəfindən lazım olan ərzaqla təmin edilib:

“Dekabrın 25-də gəmiyə “Gimaş” firması tərəfindən 1522 dollarlıq ərzaq gəlib. Bu firma bütün gəmiləri ərzaqla təmin edir. Hazırda gəmidə ərzaq, su, yanacaq, hətta paltaryuyan toz və əl-üz sabunu da var. Mən buradan bizim və digər gəmidə olan dənizçilərin valideylərinə deyirəm ki, narahat olmayın. Videonu yayırlar, Azərbaycanda insanlar narahat olur”.

Matros Tural Fərziyev Meydan TV-yə açıqlamasında kapitanın həqiqəti danışmadığını bildirib:

“Gəmiyə plakat asmaq ideyası kapitan Fədai Səfərova aid idi. İndi çəkilib, kənarda dayanıb. Halbuki, o da bizim kimi günlərlə ac-susuz, işıqsız qalır. Videoda faktı çəkmişəm ki, bizim belə günlərimiz var. Özünüz də gördünüz ki, soyuducu boş idi. Ərzaq ehtiyatı tükənmişdi. Bizə ərzaq bir həftə gecikmə ilə gəlir. İnsan bir-iki gün ac qalar. Beş gün, bir həftə ac qalmaq olmaz. Vaxt olub ki, düz bir həftə manqal qalayıb, üstünə kartof atıb, bişirib yemişik. Yağımız və işığımız olmayıb. Bir həftə manqalda bişən kartofla qidalanmışıq. Çaydanı manqalın üstündə qaynatmışıq. Mayın 27-dən burada kondisioner görmədik. Yayın istisində sutka ərzində bir saat ancaq yata bilirdik. Bayırda 45-50 dərəcə isti olurdu. Gəmi dəmirdi, gün vururdu qızırdı, içəridə istidən ölürdük. Bu adam belə çətinlikləri görüb, amma durub indi yalan danışır. Əgər mən yalan danışıramsa, gəmidəki digər heyət də çıxıb deyərdi ki, Tural Fərziyev yalan danışır. Niyə ancaq bir nəfər danışdı? Yalandan video çəkib, paylaşmaqla deyil. Gərək insanın əlində faktlar olsun. Biz faktlarla danışırıq. Biz haqqımızı tələb edirik. Bunu keçən müsahibədə də demişdim. Təkrar qeyd edirəm, bizim mübarizəmiz Mübariz Mənsimovla deyil. Mübariz bəyin şirkətində çalışan, yeddi aydır bizi burada ac-susuz, maaşsız saxlayan şirkət nümayəndələriylədir. Evimdə ağır xəstə var, onun müalicəsi üçün evdən çıxmışam, maaşımı versinlər, pulumu tələb edirəm. Dəniz işi çox ağırdır. Hər kəsi ölümlə hədələyə bilərsiniz, amma dənizçini yox. Biz ərizə yazıb, ölümə qol çəkib, gəmiyə minirik. Biz elə ölümün içindəyik. Yəni bura heç kim kefindən işləməyə gəlmir. Mən artıq on yeddi aydır ki, ailəmə heç nə göndərə bilmirəm. Mənimlə yanaşı, burada elə insanlar var ki, ailədə yeganə işləyən adamdır. Bir ildən çoxdur ki, maaş almayıb. Belə haqsızlıq olmaz”.

Azərbaycan Dənizçilərinə Dəstək İctimai birliyinin rəhbəri İlham Nəsirov da məsələyə münasibət bildirib:

“Kapitanın yaydığı video həqiqəti əks etdirmir. Mən sizə keçən dəfə də dedim ki, israrlı müraciətimizdən sonra “Lerik” və digər gəmilər hərəsi 700 dollar dəyərində ərzaqla təmin olunub. Onu da deyim ki, 700 dollarlıq ərzaq bağlamalarını açırsan, içərisində 300 dollarlıq məhsul var. Ərzaqlar gecikmə ilə gətirilir. Burada ərzaq davası getmir. Mən keçən dəfə açıqlamamda da dedim ki, səsimizi qaldırandan, məsələni ictimailəşdirəcəyimizi deyəndən sonra cüzi miqdarda ərzaq gətirilib. Şirkət rəhbərliyi dənizçilərə qarşı laqeyiddir. Burada təkcə ərzaq deyil, maaş, yanacaq və sair məqamlar da var”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  31 Декабрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/gd9ymt

Самое читаемое