məcburi köçkün evi

Источник: Foto: Meydan TV

Başlıq: məcburi köçkün evi

“Küçədə qalmağımız heç kimin vecinə deyil”

Статья обновлена:  27 Февраль 2020

Füzulidən olan məcburi köçkün ailəsi yaşayış şəraitindən şikayətçidir

Füzulinin 6 saylı “Qayıdış” qəsəbəsində 5 nəfərlik bir ailə taxtadan tikilmə, 10 kvadratlıq bir daxmada yaşayır. Novruz İbayev və xanımı Zərbab Mirzəyeva Füzulinin Qaraxanbəyli kəndindən məcburi köçkündür. 16 il əvvəl ailə quran cütlüyün böyük oğlu, 14 yaşlı Nadir İbayev 1-ci qrup əlildir. Daha 2 məktəbli övladları var. Ata heç yerdə işləmir, ana əlilliyi olan oğluna baxır. Əlilliyi olan Nadirin pensiyası və məcburi köçkünlərə verilən “çörək pulu” ilə bərabər ailəyə hər ay 500 manat gəlir.

31 yaşlı Zərbab Mirzəyeva deyir ki, aldıqları pulun yarı faizi uşağın baxımına gedir. Qalan pulla da kommunal, yemək və iki məktəbli uşağın xərclərini güclə ödəyirlər:

“Bir sözlə, özümüzə ev almaq və ya kirayədə qalmaq imkanımız yoxdur. Ev problemi ilə bağlı dəfələrlə Füzuli Rayon İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə müraciət etmişik. Səsimizi eşidən, əlimizdən tutan yoxdur. Bu ölkədə küçədə qalmağımız heç kimin vecinə deyil. İnanın, ilk siz açmısınız qapımızı”.

37 yaşlı Novruz İbayev deyir ki, ailə qurmadan öncə, 16 il əvvəl ata və anası ilə birgə idarə binasında yaşayırmış. Sonra dövlət onlara ev verib, yerləşdirib. Onların 3 nəfərlik ailəsinə də 2 otaqlı, 40 kvadratlıq ev düşüb. Sonra evlənib, evə gəlin də gətirib. Çətinliklə də olsa, 2 otağa birtəhər sığışıblar.

Novruz İbayev

Novruz İbayev

Источник: Meydan TV

“Sonra 3 övladımız oldu. Olduq 7 nəfər. Bir otaqda biz, digərində atamgil yaşayırdı. Anam dünyasını dəyişəndən 1 il sonra atam ikinci dəfə ailə qurdu. Artıq 2 nəfərlik ailənin birgə yaşaması mümkün olmadı və biz evdən çıxdıq. Yaydan bəri bu taxta daxmada yaşayırıq. İndi atam deyir ki, yaya qədər vaxtınız var, burdan da çıxıb, özünüzə normal şərait qurun. Buna isə imkanımız yoxdur. Açığı 3 uşaqla, üstəlik, onlardan biri yataq xəstəsidir – mən çatdıra bilmirəm. Nə ev almağa, nə də kirayə çıxmağa pulum var. Belə çıxır ki, yaydan sonra ümumiyyətlə, küçədə qalacağıq”.

Zərbab Mirzəyeva deyir ki, içində yaşadıqları daxma 10 kvadrat ola, ya olmaya. 5 nəfər çox çətinliklə yerləşirlər içinə:

“Ayaq üstə duranda başın tavana, uzananda ayağın torpağa dəyir. Yağış yağanda torpaq su çəkir və yatdığımız yer nəm olur. Tavandan da su damır. İnanın, 5 nəfər gecələri bir-birimizin üstündə yatırıq. Çox acınacaqlı durumdayıq. Bizim səsimizi eşitmirlər”.

Ailədə işləyən yoxdur. Əlilliyi olan uşağın pensiyası və köçkünlərə verilən “çörək pulu” 500 manat edir. Bir də aprel ayından Zərbab Mirzəyeva əlilliyi olan övladına baxdığı üçün 50 manat baxıcı pulu verilir. Əkib-becərmək üçün torpaqları, saxlamağa heyvanları da yoxdur:

“Heyvanımız olsa, satıb, heç olmasa kirayə çıxardıq. Yoldaşım isə illərdir işsizdir. İş tapa bilmir. Mən isə uşaqları atıb, işləyə bilmirəm. Lap deyək, işlədim, heç iş də yoxdur. Aldığımız da həm 5 nəfərlik ailəni dolandırıb, həm də ev almağa, kirayə çıxmağa yetmir. Dövlətə yalvarıram, bizə başımızı içinə sala biləcəyimiz bir yer təşkil edin. Qalanını özümüz həll edərik” – deyir, Zərbab Mirzəyeva.

Zərbab Mirzəyeva

Zərbab Mirzəyeva

Источник: Foto: Meydan TV

Ailə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir. Deyirlər ki, onlara da digər məcburi köçkünlərə verdikləri evdən versinlər. Qalan heç nə lazım deyil:

“Birtəhər aldıqlarımızla dolanarıq. Vallah, qalmışıq küçələrdə. Heç nə demirəm, adam göndərsinlər, gəlib mənim yaşadığım yerə baxsın. Ondan sonra qərar versinlər ki, bizə ev düşür, ya yox. Biz özümüz müraciət edirik, baxmırlar. Füzuli Rayon İcra Hakimiyyəti bizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə göndərir. Komitə də yenidən yerli icra hakimiyyətinə yönləndirir. Qalmışıq bu iki idarənin arasında. Get-gəldəyik. Yalvarıram, bizə kömək edin. Siz də ata və anasız. Bizə acıyın, çox çarəsizik. Övladlarımı qışın günü küçələrdə kimsəsiz, çarəsiz qoymayın, onları sevindirin”.

Ana soyuqda, qışda belə bir yerdə yaşamağın çətinliklərindən danışır. Deyir, taxtanın içində qışda adamın sümükləri də titrəyir:

Köçkün ailəsinin yaşadığı ev

Köçkün ailəsinin yaşadığı ev

Источник: Foto: Meydan TV

“Soyuq iliklərimizə işləyib. Hamımız xəstəyik. Mənim böyrəklərim, yoldaşımın ciyərləri, uşaqlar da daim öskürürlər. Böyük oğlum da anadangəlmə əlildir. Həm ayaqları işləmir, həm də gözləri görmür. Bütün günü uzanır. Ya da əlil arabasına qoyuruq, oturur həyətdə. Vallah, bizim yaşayışımız yaşayış deyil”.

Füzuli Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən qaçqın və məcburi köçkünlərin ev məsələsi ilə bağlı işlərə onların baxmadıqlarını söyləyiblər:

“Bu işə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi baxır. Vətəndaşın özünə də deyilib. Onlara deyin, komitəyə müraciət etsinlər. Evi onlardan istəsinlər”.

Meydan TV ailənin müraciəti ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu göndərib. Bir həftə ərzində sorğuya cavab ala bilməyib.

Ancaq komitəsinin belə durumlarda adətən bir cavabı olur. Hər dəfəsində bildirirlər ki, bütün məcburi köçkünlər siyahıya alınıb, hamı bir gün evlə təmin ediləcək. Sadəcə bu işlər mərhələli şəkildə həyata keçirilir. Növbə hamıya çatacaq.

"Heç nə demirəm, adam göndərsinlər, gəlib mənim yaşadığım yerə baxsın".

"Heç nə demirəm, adam göndərsinlər, gəlib mənim yaşadığım yerə baxsın".

Источник: Meydan TV

1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün salıb.

BMT-nin Miqrasiya Agentliyinin məlumatına (https://www.refworld.org/country,,UNHCR,,AZE,,5b081e2f4,0.html) əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaçqın düşüb.

Köçkün düşmüş əhali sığınacaq kimi istifadə edə biləcəkləri hər yerdə məskunlaşıb. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, kitabxanalar, yol kənarları, ya da bu ailə kimi kiçik daxmalarda məskunlaşıblar. Hətta ilk vaxtlarda çadırlarda qalanlar da var idi. Bu sığınacaqlar müvəqqəti sayılırdı, ancaq insanlar 25 ildən artıqdır ki, bu yerlərdə yaşayırlar. Müvəqqəti sığındıqları bu yerlər onların daimi yaşayış məskənlərinə çevrilib.

Deyir, taxtanın içində qışda adamın sümükləri də titrəyir

Deyir, taxtanın içində qışda adamın sümükləri də titrəyir

Источник: Foto: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  27 Февраль 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/awscht

Самое читаемое