Koronavirusdan daha 2 nəfər ölüb

Daha 149 nəfər yeni koronavirus infeksiyasına yoluxub

Source: Архив


Daha 149 nəfər yeni koronavirus infeksiyasına yoluxub

Mayın 25-də Azərbaycanda 149 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Daha öncə yoluxanlardan 134 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib. 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Digərlərinin səhhəti sabitdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273 411 test aparılıb.

Ana səhifəXəbərlərKoronavirusdan daha 2 nəfər ölüb