Koronavirusa yoluşmuş həkim vəfat edib

O, Ankara Qazi Universiteti xəstəxanasında COVİD-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırmış.

Source: Specify Source

31 yaşlı Ramil Həsənlini xilas etmək mümkün olmayıb

Daha bir həkim, 31 yaşlı kordioloq Ramil Həsənli koronavirusdan vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Ramil Həsənli koronavirusa yoluxandan sonra ağciyərlərində problem yaranıb. O, Ankara Qazi Universiteti xəstəxanasında COVİD-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırmış. Həkim müalicəsi müddətində təkrar pnevmaniya keçirmiş və vəziyyəti ağırlaşmışdı. Bir müddətdir ki, həmkarları ağciyər köçürülməsinə köməklik edilməsi məqsədilə yardım aksiyası ilə bağlı çağrışlar edirdilər. Həsənli sentyabrın 25-də axşam vəfat edib.

Ramil Həsənli Azərbaycan Tibb Universitetində təhsil alıb. Kliniki Tibbi Mərkəzdə («Semaşko) çalışıb. Türkiyə Cumhuriyəti, Kocaeli Universitet Xəstəxanasında Kardiologiya şöbəsində kardioloji servis, poliklinika, kardioloji reanimasiya, aritmalogiya şöbələrində, anjiyo laboratoriyasında bilik və bacarıqlarını artırıb. R.Həsənli koronavirusla bağlı açıqlamalar, məsləhətlər verirdi.

Yerli kütləvi informasiya vasitələrinə və sosial şəbəkələrdəki paylaşımlara əsasən sentyabrda koronavirusdan vəfat edən tibb işçilərinin sayı 10-a yaxınlaşır.

Ana səhifəSağlıqKoronavirusa yoluşmuş həkim vəfat edib