Koronavirus xəbərdarlığını etmiş həkim ölüb

Pekin Xarici Araşdırmalar Universitetinin beynəlxalq jurnalistika və rabitə üzrə professoru Zhan Jiang Li kimi insanları qorumaq üçün qanun tələb edib.

Source: Foto: Reuters


34 yaşlı Linin ölümü sosial mediada hüzünə səbəb olub

Koronavirusla bağlı ilk xəbərdarlığı edən çinli həkim cümə günü virusdan ölüb. “Reuters” xəbər verir ki, hadisə ictimai matəm dalğasına və hökumətə yönəlmiş qəzəbə səbəb olub.

Həyəcan siqnalını verən həkim oftalmoloq Li Wenliangin ölüm xəbəri Çin prezidenti Xi Jinping ABŞ həmkarını Çinin 640 insanın ölümünə səbəb olan virusun qarşısını alması üçün əlindən gələni etdiyinə inandırdığı bir zamana təsadüf edir.

Dövlət televiziyası xəbər verir ki, Çin rəhbərliyi Trampla telefonla danışaraq Çinin tədricən yaxşı nəticə əldə etdiyini deyib və bildirib ki, Çin iqtisadi inkişaf üçün uzunmüddətli nəticələrə səbəb olmayacaq şəkildə epidemiyanı məğlub edəcəyinə inanır.

Çinin mərkəzi bankı dünyanın ikinci ən böyük iqtisadiyyatına növbəti dəstəyi verəcəyini bildirib.

Çin səhmləri may ayından bəri ən pis həftəsini yaşayır, Asiyanın başqa yerlərində isə bir neçə günlük qazancdan sonra maliyyə bazarlarında enmə müşahidə edilir.

34 yaşlı Linin ölümü sosial mediada hüzünə səbəb olub. O, virusun mərkəzi Vuhan şəhərində bu barədə “qanunsuz və yalan” məlumat yaydığına görə polisin qınadığı səkkiz nəfərdən biri olub.

Linin sosial mediada yeni “SARS-a oxşar” koronavirus xəbərdarlığı hakimiyyətin və polisin narahatlığına səbəb olub. Çində meydana gələn SARS 2002-2003-cü illərdə 800-ə yaxın insanın ölümünə səbəb olmuşdu.

Screenshot_241.png
Koronavirusa yoluxmuş Li Wenliang 3 Fevral tarixində respirator maskası geyinib.

Çin SARS-ı gizlətməyə çalışmaqda təqsirləndirilir.

“Vuhan həqiqətən Li Wenliangdan üzr istəməlidir”,- hökumətyönümlü “Global Times” tabloidinin redaktoru Hu Xijin sosial mediada bildirib: “Vuhan və Hubey rəsmiləri həmçinin Hubey əhalisində və bu ölkənin xalqından üzr istəməlidir”.

Yanvar ayının 3-də Li “sosial nizamı ciddi şəkildə pozduğunu” etiraf edərək xüsusi məktuba imza atmalı olub.

“Biz Vuhan həkimi Li Wenliangın vəfatını dərin hüznlə anırıq … Çox dirənişdən sonra Li saat 2:58-də ölüb”,- Kommunist partiyasının qəzeti tviter hesabında qeyd edib.

Sosial media istifadəçiləri hakimiyyətin virusun yayılmasının başlanğıc mərhələsində səriştəsizlik göstərməkdə ittiham ediblər, Lini qəhrəman adlandırıblar.

Pekin Xarici Araşdırmalar Universitetinin beynəlxalq jurnalistika və rabitə üzrə professoru Zhan Jiang Li kimi insanları qorumaq üçün qanun tələb edib.

Bu, “düzgün və yanlış anlayışı olan insanları qoruyacaq və həqiqəti ortaya qoyacaq”.

Koronavirus Çindən kənarda, o cümlədən Honq Konq və Filippində qeydə alınıb. Bu ölkələrdə ayrıca olmaqla iki ölüm hadisəsi qeydə alınıb, lakin virusun Honq Konq və Filippində nə qədər ölümcül və yoluxucu olduğu məlum deyil. Virus bir çox ölkənin Çin ilə səyahət əlaqələrini kəsməsinə səbəb olub.

Yaponiyadan kənarda lövbər salmış kruiz gəmidə karantinə alınmış 3700 nəfər arasında 41 yeni yoluxma hadisəsinin olduğu bildirilir. Ümumilikdə gəmidə 61 xəstəlik halı var.

Honq Konqda 3600 sərnişini və ekipajı olan başqa bir kruiz gəmisinin göyərtəsində üç nəfərin yoluxduğu aşkarlanıb.

Tayvanda on altı yoluxma hadisəsi qeydə alınıb.

Ana səhifəDünyaKoronavirus xəbərdarlığını etmiş həkim ölüb