Koronavirus

Источник: Foto: arxiv

Başlıq: Koronavirus

Koronavirus siyasətçiləri və idman ulduzlarını vurur

Bir çox böyük idman tədbiri koronavirusun yayılmasından təsirlənib

Kanadanın Baş naziri Justin Trudeaunun həyat yoldaşı, Avstraliyanın daxili işləri naziri və “Chelsea” futbolçusu koronavirusa tutulanlarn arasındadır, - “Reuters” xəbər verir.

Dünyada təxminən 135,000 insan bu xəstəliyə yoluxub və 4.900 nəfər isə koronavirusdan ölüb.

Hökumətlər və mərkəzi banklar cümə günü koronavirusun iqtisadi təsirini aradan qaldırmaq üçün fövqəladə tədbirləri artırıblar.

ABŞ millət vəkilləri və Ağ Ev koronavirus iqtisadi yardım paketi ilə bağlı razılığa gəliblər. Spiker Nensi Pelosi cümə günü müqaviləylə bağlı bəyanat verəcəyinə ümid etdiyini bildirib.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, testlərin olmaması və bildirilməmiş yoluxma halları səbəbindən daha çox insan koronavirusdan əziyyət çəkə bilər. Virus keçən ilin dekabr ayından Çinin Vuhan şəhərində yaranıb.

Dünyadakı səhiyyə orqanları verdikləri xidmətlərin həddən artıq çoxalmasını qeyd ediblər.

“İlk dalğada əhalinin 20% -nin təsirlənəcəyini gözləyirik”, - Yeni Cənubi Uels (NSW) əyalət hökumətinin baş tibb işçisi Kerri Chant deyib.

7 milyondan çox insanın yaşadığı NSW Avstraliyanın ən çox əhalisi olan əyalətidir. Chant təxminən 350,000 nəfərin koronavirus nəticəsində xəstəxanada müalicə görməli olduğunu bildirib.

Avstraliyada 160-a yaxın yoluxma halı və üç ölüm hadisəsi qeydə alınıb. Yoluxanların arasında ən yüksək səviyyəli hökumət nazirlərindən biri Peter Dutton da var. O, özünü yaxşı hiss etdiyini bildirib.

Kino ulduzu Tom Hanks cümə axşamı Avstraliyada həyat yoldaşı aktrisa Rita Vilson (Wilson) ilə birlikdə hər ikisinin koronavirus testindən müsbət keçdiyini deyib.

Trudeau həyat yoldaşı Sofi Gregoire Trudeaunun koronavirus testindən müsbət çıxmasından sonra iki həftə ərzində özünü təcrid edəcəyini deyib. Xanım Trudeau “narahat simptomlar yaşadığını” və tezliklə ayağa qalxacağını deyib.

Kanadada 145 yoluxma hadisəsinin qeydə alındığı bildirilir. İndiyədək ölkədə bir ölüm olub.

Bir çox böyük idman tədbiri koronavirusun yayılmasından təsirlənib, Avstraliyanın Formula 1 Qran Prisi dayanıb. Nepal Everest dağını alpinistlərə bağlayıb.

İngiltərə Premyer Liqası mövsümünü bağlamağı düşünür. “Chelsea”-dən Callum Hudson-Odoi virusa tutulduğu üçün komandanın bütün oyunçuları və məşqçiləri özlərini təcrid edəcəklər, komandadan məlumat verilib.

Arsenal meneceri Mikel Artetanın koronavirus testlərinə müsbət cavab verdiyi bildirilir. Premyer Liqanın cümə günü təcili iclas keçirəcəyi qeyd edilir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ou8yhe

Самое читаемое