Zərdüşt Əlizadə

Источник: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Köhnə qvardiya savaşa qalxır

Məncə, dünyanın ən qabaqcıl demokratik ölkəsinin bu təcrübəsindən Robert Köçəryanın dəstəsi vargücü ilə bəhrələnəcək

İkinci Qarabağ savaşının səbəblərindən biri də Putinin dikbaş Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq niyyəti idi.

Əsl KQB zabiti kimi o, bu niyyəti həyata keçirmək naminə bütün hazırlıq mərhələlərini başqalarının əli ilə gördü, həlledici mərhələdə isə hətta özünü guya Paşinyana dəstək verirmiş kimi göstərdi.

Əslində isə Paşinyanın hakimiyyətdən kənarlaşdırılma əməliyyatı əvvəldən axıra kimi bilavasitə Putinin tam nəzarəti altında həyata keçirilir, sadəcə hər mərhələnin ayrı məsul şəxsi var.

Məğlubiyyət xəbəri yayılan kimi cəbhədən yayınaraq Yerevanda gizlənmiş cavan kişilər küçələrə axışdılar və Paşinyanı vətənə xəyanətda ittiham etdilər. Onlar Baş nazirin otağına soxulub oranı qarət etdilər. Sonra vətənpərvər etirazçılar çadır qurub onun istefasını tələb etdilər. Bir kütləvi yürüş, ikinci yürüş, üçüncü yürüş... Bir ay etiraz, iki ay etiraz, üç ay etiraz...

Xeyri olmadı, Nikol Baş nazir kürsüsündən ikiəlli yapışmışdı, onu heç cür kürsüdən qoparmaq alınmadı.

Məğlubiyyətdən sonra birinci dörd ayı səmərəsiz etirazlara dözüb kütlə qəzəbinin zirvə nöqtəsinin keçdiyini anlayan Baş nazir Paşinyan elan etdi ki, iyunun 20-də erkən seçkilərə gedir.

Gellapın sorğuları göstərir ki, seçicilərin 35%-i, Qarabağın itirilməsinə baxmayaraq, Paşinyana səs verməyə hazırdır. Yəni keçən seçkilərə nisbətən onun tərəfdarlarının sayı ikiqat azalsa da, ən yaxın rəqibindən azı on dəfə çoxdur. Seçicilərin 40%-i isə ümumiyyətlə seçkilərə gəlmək fikrində deyil.

Bəs onun əsas rəqibləri nə qədər səs yığa bilir? Axı parlament üzvü olmaq üçün növbəyə düzülən azı 20 partiya və minlərlə vəzifə aşiqi var. Bu partiya liderlərinin hərəsi, ayıb olmasın, 0.1%-dən 3%-ə qədər səs toplaya biləcək. Vazgen Manukyana 3%, Robert Köçəryana 2% səs verməyə hazırdır.

Manukyanı heç kəs ciddi rəqib saymır, yaşı 75-dir və onun zirvə dövrü geridədir. Nisbətən gümrah rəqib Robert Köçəryandır, Rusiya gözgörəsi onu müdafiə edir. Rus telekanallarında ondan müsahibə alırlar, Putin onunla şəxsi dostluğunu gizlətmir.

Özü isə inamla deyir ki, gələcək Baş nazir özüm olacağam.

Necə? Seçicilərin 2%-lik rəğbətini qələbə faizlərinə necə çatdırmaq olacaq?

Tarix belə möcüzəni görüb. 1996-cı ildə Rusiya prezidentinin seçkisində Boris Yeltsin seçki öncəsi 6% seçici rəğbətinə ümid edə bilərdi, fəqət seçkinin ikinci turundan sonra qalib elan edildi. Bu zaman dünya tarixinə düşə biləcək seçki fırıldağları ilə yanaşı həm də uğurlu qanuni fəndlər tətbiq edildi. Məsələn, güclü əl arzusunda olan seçiciləri Zyuqanovdan qoparmaq məqsədilə prezidentliyə Bakının 20 Yanvar cəlladlarından biri olan general Aleksandr Lebedin namizədliyi irəli sürüldü və ona xeyli geniş təbliğat imkanları yaradıldı. General dedi ki, “mən vəzifə istəmirəm, sadəcə dövlətə heyfim gəlir” (mne za derjavu obidno). Nəticədə generalın gurultulu vədlərinə inanan xeyli sayda avam seçici əsas namizəd olan kommunistə deyil, məhz desantçı generala səs verməyi üstün tutdu.

Fəqət ən mühüm amil guya kommunist, guya əsas rəqib Gennadiy Zyuqanovun satın alınması oldu. Elə o vaxtdan bəri Zyuqanov kommunizm ilğımı ilə mənfəətli ticarətini davam etdirir və RF-nin Kommunist Partiyasını rüşvətxor məmurların hakim “Yedinaya Rossiya” Partiyasının yandaşına çevirib.

Ermənistanda belə “RF-1996” əməliyyatı keçirmək üçün imkan və kadrlar varmı? Hələlik, Nikol Paşinyandan savayı, ortada öz baş nazirlik iddiasını sərgiləmiş Robert Köçəryan var, bir də ona dəstək vəd edən iki siyasi blok. Başqa ciddi qüvvə görünmür. Lakin inamla demək olar ki, Rusiyanın əmrinə müntəzir bütün köhnə qvardiya səfərbər olunacaq. Buna ilk işarəni Ermənistanın Konstitusiya Məhkəməsi verdi, Köçəryanın mühakimə edildiyi maddəni ölkə qanunlarından tamam çıxardı və dünənki müttəhim Robert Köçəryan qanun qarşısında aydan arı, sudan duru çıxdı.

Məncə nə olacaq? Təbii ki, hakimiyyət uğrunda ölüm-dürim savaşı çözülən seçkiləri ənənəvi erməni qaydası ilə keçirmək üçün indi əla imkan yaranıb. Camaat xeyli kasıblayıb, ruhdan düşüb və erməni oliqarxlarının hər səs üçün verəcəkləri 30-50 dollardan heç kəs imtina etməyəcək.

Baş nazir Nikol Paşinyan məhkəmələrə müraciət edə bilər, lakin erməni “dərin dövlət”inə bu dəfə qalib gəlmək imkanı olmayacaq.

Yadımıza salaq ki, hətta ABŞ prezidenti Donald Tramp onu aşırmağı qərara almış amerikan “dərin dövlət”inin öhdəsindən gələ bilməmişdi. Dünyanın ən qüdrətli insanının şikayətlərinə nə ABŞ kütləvi informasiya vasitələri, nə də ABŞ məhkəmələri məhəl qoymuşdu. Ona qalmışdı yalnız atılıb-düşmək. Biçarə Trampa hətta Tvitterdə status yazmağı qadağan etmişdilər.

Məncə, dünyanın ən qabaqcıl demokratik ölkəsinin bu təcrübəsindən Robert Köçəryanın dəstəsi vargücü ilə bəhrələnəcək. Hər nə də olsa, amma sırtıqlıq sarıdan Qarabağ ermənilərinin lideri heç vaxt korluq çəkməyib.

İlk əvvəl deyimi İosif Stalinə aid edilən, fəqət ondan əvvəl min dəfə deyilmiş “əsas kimin nə qədər səs verməsi deyil, əsas kimin səsləri necə saymasıdır” meyarı işə düşəcək. Keçən dəfə Nikol Paşinyanın himayəsi altında MDB məkanında ən şəffaf və ədalətli seçki keçirmiş və buna görə cəmiyyətin dərin inamını qazanmış Ermənistanın MSK sədri Mukuçyan Tiqran Tolikoviç möhtərəm RF prezidenti V.V.Putindən pünhan gələn şəxsi xahişi yerə salmaq kimi ədəbsizliyi özünə rəva qılmayaraq Robert Köçəryan tərəfdarlarının azca üstünlüklə qalib gəldiyini elan edəcək.

Bundan sonra Nikol Paşinyana nə qalacaq? Öz tərəfdarlarını küçələrə səsləmək? Bu zaman artıq əməli olaraq Ermənistanın ağası hesab edilən Köçəryan cilovu alacaq əlinə və indiyə qədər Hikola sadiq olan polisə və Nikolun əlindən zəncir çeynəyən orduya əmr edəcək ki, ölkədə “konstitusion qayda-qanunu” bərpa etsinlər. Zənnimcə, Nikolun cəmiyyətdə hörməti artıq o səviyyədə deyil ki, insanlar onun naminə cani Robikin cəlladları ilə qarşıdurmaya atılsınlar. Beləliklə, mənim keçən il məqaləmdə təsvir etdiyim “sparapet”, yəni “sərkərdə” əməliyyatı uğurla başa çatacaq.

Fərz edək ki, Robert Köçəryan bu dəfə seçkidə qalib elan edilməyəcək, sadəcə böyük bir deputat fraksiyası ilə parlamentə düşəcək. Siz bilən, bundan sonra Paşinyan indiki kimi sərbəst işləyə biləcəkmi? Yox. Robert onu parlamentdə mütəmadi gəmirib bihörmət edəcək və bir müddətdən sonra ya öldürtdürəcək, ya da devirəcək.

Bu ehtimal edilən hadisələrin bir yox, iki müsbət cəhəti var.

1.Azərbaycan üçün fərqi yoxdur, Ermənistanda Baş nazir vəzifəsində kim əyləşib. Azərbaycan rəhbərliyi Ermənistanla bağlı məsələləri yalniz Rusiya ilə həll edir. Belə vəziyyət Rusiyaya da əl verir.

2.Bu pandemiya yaxın aylarda qurtarasıdır. Sərhədlər açılacaq. Ondan sonra birinci il Ermənistan əhalisinin 30%-i, ikinci il qalanların yenə 30%-i, sonrakı illərdə qalanlar yavaş-yavaş doğma diyarı tərk edəcək. Heç kəs bu dəlixanada, xəstə cəmiyyətdə yaşayıb ömrünü çürütmək istəməyəcək.

Heç yerə tələsmək lazım deyil.

Əgər Nikol Paşinyan qalsa, o, Azərbaycanla və Türkiyə ilə münasibətləri səhmana salıb erməni xalqına işləmək, təhlükəsiz yaşayıb para qazanmaq fürsəti verəcək. Qərb bu məsələdə ona hərtərəfli yardım göstərməyə hazırdır.

Fəqət Rusiya bunu istəyərmi? Ermənistandakı nasist millətçilərin idarə etdiyi “dərin dövlət” buna razı olarmı?

Əminəm ki, bəzi ermənilərin xəstəliyi elə dərin həddə çatıb ki, hansısa türkəçarə və ya müasir həblərlə onu sağaltmaq dəxi mümkün deyil.

Ümid qalıb cərrahiyyə əməliyyatına.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ebbqs9

Самое читаемое