Şəfiqə Əhmədova

Источник: Foto: Meydan TV

Başlıq: Şəfiqə Əhmədova

“Kimsə gəlib qapıdan çörək uzadanda çox sarsılıram”

Əhmədovlar ailəsinin uşaqları qeyri-adi xəstəliyə düçar olub

Gəncənin Qırmızıkənd qəsəbəsində yaşayan Əhmədovlar ailəsindəki hər iki uşağın qeyri-adi xəstəliyə düçar olduğu deyilir. Müalicəyə xərclənən pullar heç bir fayda vermir.

“Uşaqların həmişə ağrıları olur”

Uzun yoldan sonra ailənin yaşadığı evə çatırıq. Bizi uşaqların anası Şəfiqə Əhmədova qarşılayır. Qadın oğullarının anadangəlmə böyrəküstü vəzi çatışmazlığından əziyyət çəkdiyini deyir. Xəstəliyin adı bizə çox şey söyləmir. Ana izah edir:

“Mində bir rast gəlinən xəstəlikdir. Bədənlərində yetkin kişilərdə olduğu kimi tüklənmə gedir. Sümükləri qocalır. Testeronun səviyyəsi çox yüksəkdi. Dörd yaşlı böyük oğlumun səsi qalınlaşmağa başlayıb”.

Soruşuruq: necə oldu ki, hər iki uşaq eyni xəstəliyə tutuldu? Şəfiqə hamiləliyinin yaxşı keçdiyini deyir. Ananın fikrincə, burada həkim səhvi böyük rol oynayıb. Ona hamiləliyi dövründə çoxlu hormonal dərmanlar yazılıb. İkinci övladı Elman dünyaya gələndə hələ bir yaşı olan Tuncayın xəstəliyi özünü göstərməyibmiş. Beləcə, Şəfiqə özü də bilmədən oxşar xəstəliklə iki uşaq dünyaya gətirib.

“Hər ikisində iki yaşı olanda xəstəlik üzə çıxıb. Biz tez üstünə düşdük. Dərhal müalicəyə atıldıq. Amma istədiyimiz nəticəni ala bilmirik. Böyük oğlum 3 yaş 5 aylığında danışmağa başlayıb. Həmişə ağrıları olur. Çox aqressivdilər, dağıdırlar, qışqırırlar. Evdə bir salamat stəkan tapa bilməzsiniz. Həkim deyir ki, bu uşaqlara heç təpinmək də olmaz. Çünki adrenalin ürəyə iki dəfə yüksək vurur. Bir növ bədənlərində tarazlıq yaranmalıdır”, - ana uşaqların durumuna bir az da aydınlıq gətirir.

“Uşaqları bağçaya götürmürlər”

Şəfiqə Əhmədova Bakıda az-çox güvəndiyi həkimin sözlərini ürək ağrısıyla xatırlayır. Həkim deyib ki, onun uşaqları heç vaxt məktəbə gedə bilməyəcəklər:

“Bir ananın ən böyük arzusudur uşağının təhsil alması. İstəməzdim ki, başqa uşaqlardan geri qalsınlar. Böyük oğlum danışa bilmirdi, uşaqlar onu itələyirdi, vururdu, çox pis olurdum. Oynamağı da bacarmırlar. Elə olur ki, özlərinə xəsarət yetirirlər. İndidən bu həqiqəti qəbul eləmişəm ki, yaşıdlarından geri qalacaqlar. Uşaqları heç bağçaya da götürmürlər. Müəllimələr deyir ki, bu uşaqlarla ayrıca məşğul olmaq lazımdı. Ümumiyyətlə, o prosesdə çox qırıldım. Halbuki, uşaqlarım cəmiyyətə ilk addımlarını atırdı”.

Ana övladlarıyla müxtəlif xəstəxanalarda yatıb. Çox müalicə metodları sınanıldığını deyir:

“Həkimləri qınamaq da istəmirəm. Çünki belə xəstəliklə tanış deyillər. Hərəsi bir müalicə yazdı. Biri dedi ki, atası tüklüdü deyə, uşaqlar da belədilər. Hətta xeyli müddət səhv müalicə aparılması da mümkündür. Elə dərman qəbul eləyə bilərlər ki, sonradan başqa orqanlarda fəsad yaradar”.

Əhmədovlar ailəsinin evi

Əhmədovlar ailəsinin evi

Источник: Meydan TV

“Sələm, borc götürürük”

Şəfiqə Əhmədova xəstəliyin Türkiyədə müalicəsinin olduğunu deyir. Təxminən 9 min manata ehtiyac var. Hesab açıblar, hələlik 1700 manat yığılıb:

“Bizim heç gücümüz yoxdu. Cəmi 280 manat sosial yardım alırıq. Bu pulla həm müalicə olunmağa, həm kommunal xərcləri ödəməyə, həm də ərzaq almağa çalışırıq. Təbii ki, çatmır, sələm, borc götürürük. Mən peşə liseyində təhsil almışam, uşaqlara görə işləyə bilmirəm. Həyat yoldaşım isə daimi iş tapa bilmir. Fəhləlik eləyir: qum daşıyır, kiminsə həyətində ot təmizləyir. Qəpik-quruş qazanır. Ayda təkcə 200 manat dərmanlara lazımdır. Bizə bəzi xeyirxah adamlar ərzaq yardımı eləyir, onun sayəsində yaşamağa çalışırıq”.

Qadın hələ heç müalicə xərclərini saymır. İldə iki dəfə uşaqları Bakıya aparmaq lazım gəlir. Dediyinə görə, həkim müayinə üçün hər uşağa görə 60 manat alır. Hər dəfə Bakıya 400-500 manatla getməli olurlar.

Şəfiqə sözarası qeyd edir ki, yaşadıqları ev özlərinin deyil. Həyat yoldaşının dayısı verib ki, həm yaşasınlar, həm də həyətə baxsınlar, ağaclara qulluq etsinlər:

“Yayda bu evi satmaq istəyirlər. Harada qalacağımızı bilmirik. Gəncədə 130 manatdan ucuz kirayə yoxdur”.

Kömək üçün Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya məktub yazıblar, bildiriş gəlib, amma hər hansı cavab almayıblar.

Ana deyir ki, kimsə gəlib qapıda ona çörək uzadanda çox sarsılır. İndi də yemək üçün heç kimə ağız açmır, sadəcə, istəyir ki, uşaqlarının müalicəsi üçün pul yığılsın.

“İstəyirəm biləsiz ki, ana olduğuma görə xoşbəxtəm...”, - lap axırda dünyanın ən gözəl ifadələrindən birini eşidirik...

Meydan TV Heydər Əliyev Fondundan münasibət öyrənə bilməyib. Gəncə Şəhər İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, onlarda Əhmədovlar ailəsi ilə bağlı heç bir məlumat yoxdur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/fhug7r

Самое читаемое