Kəlbəcərdə yenə atəşkəsin pozulduğu deyilir

Erməni mənbələri hələlik atəşkəsin pozulması barədə məlumat yaymayıb.

Foto: Müdafiə Nazirliyi


Müdafiə Nazirliyi itkinin olmadığını bildirir

İyulun 27-də Azərbaycanın Kəlbəcər rayonu istiqamətində atəşkəsin pozulduğu deyilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat

yayıb

.

Bildirilib ki, saat 16:00-da Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Nazirlik Azərbaycan Ordusunun şəxsi heyətində itki olmadığını bildirib.

Erməni mənbələri hələlik atəşkəsin pozulması barədə məlumat yaymayıb.

Ana səhifəSiyasətKəlbəcərdə yenə atəşkəsin pozulduğu deyilir