Hilal Allahverdiyev

Источник: Meydan.TV

Başlıq: Hilal Allahverdiyev

Keçmiş polis: Rəisim məni yataq görüntülərimlə şantaj edirdi

“Ədalət Əliyev məndən pul tələb etməyə başlayanda bankdan 8 min manat götürüb ona verdim”

“Bir qadınla əlbir olub mənə oyun qurdu, yataq səhnəmi gizli çəkdirdi, sonra da şantaj elədi. Əvvəl bankdan kreditlə pul götürüb ona verdim, sonra məcbur elədi ki, məktəblərdən hər ay pul toplayım, ona verim. Razılaşmadım, o da görüntülərimi Daxili İşlər Nazirliyinə göndərdi, bu yolla məni daxili işlər orqanlarından qovdurdu. İndi fəhləliklə məşğul oluram, 3 il əvvəl ona vermək üçün götürdüyüm krediti isə ödəyə bilmirəm, faizlər yığılıb, məbləğ 9 min manatı ötüb”.

Hilal Allahverdiyev Qazax Rayon Polis Şöbəsinin keçmiş polis əməkdaşıdır. O, Meydan TV-yə danışır ki, 2016-cı ilin dekabr ayından həmin şöbədə polis leytenantı kimi xidmətə qəbul olunub. Deyir, o, polis şöbəsinə polis əməkdaşı kimi işə götürüləndən sonra Ədalət Əliyev şöbəyə rəis təyin olunub.

Hilal Allahverdiyev Qazax Rayon Polis Şöbəsinin keçmiş polis əməkdaşıdır

Hilal Allahverdiyev Qazax Rayon Polis Şöbəsinin keçmiş polis əməkdaşıdır

Источник: Meydan.TV

“Məcbur edirdi ki, məktəblərdən pul toplayım”

“Mən şöbəyə yeni işə götürülmüşdüm, rəis Natiq Həsənov vəfat etdi, Ədalət Əliyev ora rəis təyin olundu. Həmin vaxt Polis Aakademiyasına kursa göndərildim, yeni işçi kimi mənə verilən maaş kartım şöbəyə gələndə kursda olduğuma görə kartım şöbədə qalmışdı. Ədalət Əliyevlə münasibətimiz ilk olaraq ondan pisləşdi ki, o, maaş kartımdan pulumu çəkmişdi. Mən bundan xəbər tutub pulumu ondan geri tələb etsəm də, qaytarmadı. Bundan başqa, deyirdi “sənin yerinin 30 min qiyməti var, necə olub ki, sən pulsuz gəlib polisə düşmüsən? Bir halda ki, pul vermədən gəlib burda işləyirsən, get o pulu məktəblərdən topla, gətir mənə... Rayonda 48 məktəb var, hərəsindən ayda 50 manat yığsan, 2 min manat edir. Mən etiraz edirdim, deyirdim, məktəbə girmək olmaz, vicdanım yol verməz. Vətəndaşları şöbəyə gətizdirirdi, əl-ayaqlarını “skoç”layıb döyürdü, etiraz edəndə məndən xoşu gəlmirdi. Beləcə, aramızda bir uçurum yaranmışdı, münasibətlərimiz kəskinləşmişdi, bir gün də məni bir qadınla oyuna gətirdi. Mən bilmirdim ki, o qadın Ədalət Əliyevin adamdır, münasibətimiz yaranmışdı, məni evinə apardı, qadın mənim yataq görüntülərimi gizli çəkibmiş. Həmi görüntüləri Ədalət Əliyevə vermişdi, o da məni şantaj edirdi. Bu yolla məndən pul tələb etməyə başlayanda bankdan 8 min manat götürüb ona verdim, sonralar istədiyi pulları verə bilmirdim, deyirdi, get, məktəblərdən topla, mənsə razılaşmırdım. Bir gün də dediyini etdi, mənim görüntülərimi Daxili İşlər Nazirliyinə göndərdi, bununla da karyeramın üstündən xətt çəkildi”.

Baş Prokurorluğun cavab məktubu

Baş Prokurorluğun cavab məktubu

Источник: Meydan.TV

“Məni hədələyirdi ki, səni də “skoç”layıb ölümünə döyərəm”

Hilal Allahverdiyevin sözlərinə görə, rəisin otağında te-tez hədələrə məruz qalıb:

“Ona Qazaxda “skoç Ədalət” deyirlər. Adamları “skoç”la bağlayıb döyür. Hətta 2018-ci ildə əlində adam da öldü. Hələ işdən qovulmamışdım, tez-tez iş otağına gedirdim, məndən pul tələb edirdi, deyirdim, heç krediti ödəyə bilmirəm, əlavə pulu hardan tapım gətirim? Deyirdim, insanı şantaj altında saxlamaqla günah işlədirsiz, pul tələbini dayandırmasanız, şikayət edəcəm. Məni hədələyirdi, deyirdi, bilirsən də bu otaqda nə qədər oğlan “skoç”layıb döymüşəm, onlardan artıq deyilsən, əl-ayağını “skoç”layıb ölümünə döyərəm səni... Mən ona hətta indi də zəng edirəm ki, bankın kreditini ödəsin, məni hədələyir, təhqir edir”.

Xasiyyətnamə

Xasiyyətnamə

Источник: Meydan.TV

Hilal Allahverdiyev deyir, Ədalət Əliyevlə bağlı prezidentə, Baş prokurora, ombudsmana, daxili işlər nazirinə saysız-hesabsız məktublar yazıb, ancaq nə maraqlanan var, nə də araşdıran...

Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev Meydan.TV-nin bu barədə sorğusuna cavab verib ki, Hilal Allahveridyevin iddiaları cəfəngiyyatdır, faktsız və sübutsuzdur: "Həmin şəxs Daxili İşlər orqanlarından davranış qaydalarına etinasız yanaşdığına görə cəzalandırılıb, təfərrüatlara toxunmaq istəmirəm. Bu şəxsə qarşı hansısa formada qərəz olmayıb. Onun orqandan xaric edilməsi müvafiq araşdırmanın nəticəsi ilə bağlıdır".

Ombudsman aparatının müraciəti

Ombudsman aparatının müraciəti

Источник: Meydan.TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/d7wo7b

Самое читаемое