Karton satan sakinin evi tullantılardan yandı

Karton satan sakinin evi tullantılardan yandı

Binəqədi rayonu, Baksol 1 ünvanında yanğın baş verib. Yanğın nəticəsində iki ev yanıb, xəsarət alan yoxdur. Yanğın Mətləb Poladovun həyətindən başlayıb. Yanğının rəsmi səbəbi məlum deyil. Sakinlər bildirirlər ki, Mətləb Poladov karton və digər əşyaları yığıb həyətində saxlayırdı. Sakinlər yanğının bu tullantılardan başladığını deyirlər. O isə bildirir ki, kartonları yığıb satır və uşaqlarına ancaq bu işlə pul qazanıb göndərir.

Ana səhifəVideoKarton satan sakinin evi tullantılardan yandı