Karantin rejimi

Источник: Foto: Meydan TV

Başlıq: Karantin rejimi

Karantin rejimini pozanlar cərimələnə, həbs oluna bilər

Maska və əlcəkdən istifadə etməyənlərə isə cərimə yoxdur

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimini pozan şəxslər məsuliyyətə cəlb ediləcək.

Qanunvericilikdə bununla bağlı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək cərimə ediləcək. Bu, vəzifəli şəxslər üçün bir az da artıq - 1 500 manatdan 2 500 manatadəkdir.

Həmçinin işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, ona 1 ayadək müddətə inzibati həbs də tətbiq oluna bilər.

Bu əmələ görə, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək məbləğdə cərimə edilir.

Maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır.

İnzibati həbslə və hüquqi şəxslərin cərimələnməsi ilə bağlı protokollar isə baxılması üçün rayon (şəhər) məhkəmələrinə göndərilir.

Bundan başqa, Cinayət Məcəlləsinə yeni əlavə edilmiş 139-1-ci maddədə də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə, cinayət məsuliyyəti müəyyən edilib.

Bu əməl xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2 500 manatdan 5 000 manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Aprelin 3-də karantin qaydalarını pozan 10 nəfər inzibati qaydada həbs olunub.

Məlumatı Bakı Şəhər Baş Yol Polisi İdarəsi yayıb (https://www.dyp.gov.az/?/az/news/view/721/).

Məlumatda deyilir ki, 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərən 1476 sürücü və sərnişin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Məlumatda o da bildirilir ki, martın 19-dan bugünədək 17576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, virusa görə tətbiq edilən qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər:

“Virus vergisinin toplanması başa çatmamış, aprelin 5-dən virus cərimələri gəlir. Belə ki, martın 17-də İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə görə, karantin rejiminin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. Həmçinin həbslər də nəzərdə tutulub. Yəqin ki, aprelin 5-dən tətbiqinə başlanacaq bu cərimələrin də 25 faizi stimullaşdırma fonduna yönəldilər. Bu da daha çox cərimə yazılmasına gətirib çıxaracaq”.

Qubad İbadoğlu deyir ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik isə getdikcə koronavirus məhbuslarının sayının artacağının göstəricisidir:

Qubad İbadoğlu

Qubad İbadoğlu

Источник: Meydan TV

“Məncə, bəxtimiz gətirib ki, Avropa Şurasına üzv ölkə olduğumuza görə, Azərbaycanda ölüm hökmü ləğv olunub. Hesab edirəm ki, belə qadağalar, cərimələr rüşvətxorluğun artımına gətirib çıxara bilər. Odur ki, soruşmaq istərdim, sizcə, maarifləndirmə yolu ilə əhalinin karantin rejiminin qaydalarına əməl etməsinə nail ola bilərikmi?”

Daxili İşlər Nazirliyi (DİN) isə bəyan edir ki, vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlar əsassızdır.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur:

"Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur".

E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur:

"Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

Ehsan Zahidov

Ehsan Zahidov

Источник: Foto: google.az

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 48 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

Aprelin 2-də isə ayın 5-i saat 00:00-dan 20 aprel saat 00:00-dək hərəkət məhdudiyyəti ilə bağlı növbəti qərar qəbul edildi. Yeni qərara əsasən, sadə insanlar yalnız 3 halda evdən çıxa biləcəklər.Tibbi zərurət yarandıqda, ərzaq almaq üçün, poçt xidmətlərindən istifadəyə görə, yaxın qohumunun dəfnində iştirak etmək üçün. Üstəlik, onlar yaşayış yerini tərk etmək üçün icazə almalıdırlar. Bunun üçün 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Yalnız izin verildikdən sonra çıxa biləcəklər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/cnonmy

Самое читаемое