Kamil Zeynallının həbs olunduğu bildirilir

O, COVİD 19 səbəbilə elan olunmuş karantin dövründə imkansız, aztəminatlı ailələrə yardım paylaması ilə gündəmdə idi.

Foto: Meydan TV


İdmançı karantin rejimini pozmaqda ittiham olunur

Azərbaycanlı idmançı Kamil Zeynallının karantin qaydalarını pozduğuna görə həbs edildiyi bildirilir.

Bu barədə idmançının adına olan səhifədə məlumat paylaşılıb.

K.Zeynallının 10 günlük inzibati həbs cəzası aldığı bildirilib.

O, COVİD 19 səbəbilə elan olunmuş karantin dövründə imkansız, aztəminatlı ailələrə yardım paylaması ilə gündəmdə idi.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSosialKamil Zeynallının həbs olunduğu bildirilir