“Joker” rolunun ifaçısı etiraz aksiyasında həbs olunub

Qlobal isinməylə mübarizə məqsədilə 14 həftədir keçirilən aksiyanın təşəbbüskarı aktrisa Ceyn Fondadır.

Source: Foto: arxiv


Saxlanılanlar arasında başqa aktyor da var

“Joker” filminin baş qəhrəmanı, aktyor Xoakin Feniks Vaşinqtonda keçirilən nümayişlər zamanı həbs olunub.



Variety.com

” saytı yazır ki, 147 nəfər saxlanılan şəxs arasında aktyor Martin Şin də var. Polis onları ictimai asayişi pozmaqda ittiham edir.

Qlobal isinməylə mübarizə məqsədilə 14 həftədir keçirilən aksiyanın təşəbbüskarı aktrisa Ceyn Fondadır.

Oktyabrdan davam edən nümayişlərdə indiyədək polis tərəfindən Ceyn Fonda, Sem Uoterston, Ted Denson, Ketrin Kiner və digər Hollivud aktyorları saxlanılıb.

Rejissor Tod Filipsin çəkdiyi “Joker” dramında baş rolu oynayan Xoakin Feniks ötən il Venesiya kinofestivalının “Qızıl qlobus” mükafatına layiq görülüb.

Kino tənqidçilərinin fikrincə, aktyor “Joker” obrazına görə “Oskar”ın “Ən yaxşı kişi rolu”na əsas namizəddir.

Ana səhifəMədəniyyət“Joker” rolunun ifaçısı etiraz aksiyasında həbs olunub