İzmirdə ölənlərin sayı 83 nəfərə qalxıb

Daha çox zərər görmüş 17 binanın 9-da xilasetmə işlərinin başa çatdığı bildirilir.

Source: Specify Source


962 nəfərin xəsarət aldığı bildirilir

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 83 nəfərə qalxıb.

Məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumatda bildirilir ki, xəsarət alanların sayı isə 962 nəfərdir.

Daha çox zərər görmüş 17 binanın 9-da xilasetmə işlərinin başa çatdığı bildirilir. 58 saatdan sonra 14 yaşlı İdil, 65 saatdan sonra 3 yaşındakı Elif dağıntılar altından xilas edilib.

Dağılan 8 binada xilasetmə işləri davam etdirilir.

Oktyabrın 30-da İzmirin Səfərihisar bölgəsində 6.6 ballıq zəlzələ olub. Səfərihisar bölgəsi İzmir şəhərinin 17 kilometrliyində yerləşir.

Zəlzələnin yerin 16,54 km dərinliyində baş verdiyi deyilir.

Zəlzələdən sonra 35-i 4 baldan yüksək olan daha 470 yeraltı təkan baş verib.

Xilasetməyə bələdiyyələrdən 4.995 nəfər, 20 xilasedici it və 683 texnika cəlb edilib.

Ana səhifəDünyaİzmirdə ölənlərin sayı 83 nəfərə qalxıb