İsveç Julian Assanja qarşı təcavüz istintaqını dayandırıb

48 yaşlı avstraliyalı aprel ayında məhkəmə qərarıyla səfirlikdən çıxardılıb və girov şərtlərini pozduğuna görə 50 həftə həbs cəzasına məhkum edilib.

Source: Foto: arxiv


Hazırda o, Londonda yerləşən Belmarş həbsxanasında saxlanılır

İsveç prokurorları 2010-cu ildə “Wikileaks”-in həmtəsisçisi Julian Assanja (Assange) qarşı qaldırılmış təcavüz iddiası ilə bağlı istintaqı dayandırıb, – BBC xəbər verir.

İttihamları rədd edən Assanj 2012-ci ildə İsveçə ekstradisiya edilməmək üçün Londonda Ekvador səfirliyinə sığınıb və yeddi il ərzində burada qalıb.

48 yaşlı avstraliyalı aprel ayında məhkəmə qərarıyla səfirlikdən çıxardılıb və girov şərtlərini pozduğuna görə 50 həftə həbs cəzasına məhkum edilib.

Hazırda o, Londonda yerləşən Belmarş həbsxanasında saxlanılır.

İsveç istintaqı 2017-ci ildə durdurulmuşdu. Lakin Assanj bu ilin əvvəlində səfirlikdən çıxarıldıqdan sonra istintaq yenidən açılıb.

İyunda İngiltərənin o zamankı daxili işlər naziri Səid Cavid (Sajid Javed) ABŞ-ın Assanjın ekstradisiyası ilə bağlı tələbini rəsmi olaraq təsdiqləmişdi.

İsveç Prokurorluğunun verdiyi məlumata görə, prokurorluğun direktor müavini Eva-Marie Persson Julian Assanj ilə bağlı istintaqın dayandırılması qərarını alıb.

“Bu qərar onunla bağlıdır ki, hadisələrdən uzun müddət keçib və bu səbəbdən sübutlar əhəmiyyətini itirib”,- deyə o əlavə edib.

Persson deyib: “Zərərçəkən tərəfin hadisələrin etibarlı versiyasını təqdim etdiyini vurğulamaq istərdim”.

“Onun ifadələri ardıcıl, geniş və detallıdır; lakin mənim ümumi dəyərləndirməm odur ki, sübutlar zəifdir və istintaqı davam etdirmək üçün heç bir səbəb yoxdur”.

Prokurorlar deyib ki, qərar yeddi şahidlə görüşdükdən sonra verilib.

Assanj 2010-cu ildə Stokholmda keçirilən “Wikileaks” konfransından sonra bir qadına təcavüz etməkdə və digərini cinsi qısnamaqda günahlandırılır. O, iddiaları rədd edir.

Ana səhifəDünyaİsveç Julian Assanja qarşı təcavüz istintaqını dayandırıb