İrina Yolyan: Azərbaycan hərbçiləri Verişen istiqamətində üç kilometr irəliləyiblər

Azərbaycan rəsmiləri hələ də yayılan məlumatlara münasibət bildirməyiblər.

Source: Specify Source


“Onlar su hövzəsini tam nəzarətə götürmək istəyirlər”

Mayın 12-nə keçən gecə 200-ə yaxın Azərbaycan hərbiçisi Ermənistanın Sünik vilayəti istiqamətində mövqelərini irəli çəkiblər.

Bu məlumatı Ermənistan mediası Qoris meriyasına istinadən yayıb.

Qoris merinin müavini İrina Yolyan bildirib ki, Azərbaycan hərbçiləri İşxanasar dağı istiqamətindən dövlət sərhədini keçiblər və Verişen kəndi istiqamətində üç kilometr irəliləyiblər: "Burada Sevliç gölü yerləşir, onun 30 faizi Azərbaycan ərazisindədir, amma azərbaycanlılar bu su hövzəsini tamamilə öz nəzarətləri altına götürmək istəyirlər".

Sünik vilayətinin keçmiş qubernatoru Vaqe Akopyan "Sputnik Armenia"ya bildirib ki, gecə Azərbaycan hərbiçiləri İşxanasar bölgəsində erməni blokpostuna gedən yolu bağlayıblar.

Ermənistan tərəfin son məlumatlarına görə, tərəflər arasında rus hərbiçilərin iştirakı ilə danışıqlar başlayıb.

Azərbaycan rəsmiləri hələ də yayılan məlumatlara münasibət bildirməyiblər.

Ana səhifəSiyasətİrina Yolyan: Azərbaycan hərbçiləri Verişen istiqamətində üç kilometr irəliləyiblər