İranda hərbi gəmi qəzasında 19 dənizçi ölüb

İRİB deyib ki, İranın 1979-cu il İslam inqilabından əvvəl satın alınan Hollandiya istehsalı olan Konarak gəmisi 2018-ci ildə əsaslı təmir edilib və dörd kruiz raketi ilə təchiz edilib.

Source: Foto: google.ru


“Dəstək gəmisi hədəfə çox yaxın olub və vurulub”

Bir İran hərbi gəmisi məşq əsnasında təsadüfən digər gəmini raket ilə vurub. “Reuters” xəbər verir ki, hadisə zamanı 19 dənizçi öldürülüb və 15 nəfər yaralanıb.

Hadisə Oman körfəzində, dünya neftinin təxminən beşdə bir hissəsinin keçdiyi Hörmüz Boğazına bağlanan həssas su yolunda bir məşq əsnasında baş verib. İran müntəzəm olaraq ərazidə təlimlər keçirir.

“Dəstək gəmisi hədəfə çox yaxın olub və vurulub”,- İRİB bildirib.

“Hadisə bazar günü günortadan sonra İran Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı İranın Oman körfəzindəki Bəndər-e Jask limanının perimetrində baş verib. Nəticədə 19 dənizçi həlak olub, 15 nəfər yaralanıb,” dövlət televiziyası donanmaya istinadən bildirib.

Fars xəbər agentliyi bildirib ki, naməlum hərbi məmur xəbəri təkzib edib. Xəbər agentliyi ISNA deyir ki, hadisənin səbəbi ilə əlaqədar araşdırmalar davam edir.

İRİB deyib ki, İranın 1979-cu il İslam inqilabından əvvəl satın alınan Hollandiya istehsalı olan Konarak gəmisi 2018-ci ildə əsaslı təmir edilib və dörd kruiz raketi ilə təchiz edilib.

Hadisə İran ilə ABŞ arasında 2018-ci ildən bəri başlamış gərginliyin davam etdiyi zamanda baş verib. 2018-ci ildə ABŞ böyük güclər və İran arasında imzalanmış nüvə sazişindən çıxıb. Vaşinqtonun Tehrana sanksiyalar tətbiq etməsiylə gərginlik daha da intensivləşib.

Yanvarın əvvəlində ABŞ-ın Bağdadda pilotsuz təyyarəni vurması ilə İranın ən böyük hərbi komandiri Qasım Süleymanini öldürməsi ilə dərinləşib. İran yanvarın 9-da ABŞ-ın İraqdakı hərbi bazalarına raket ataraq qisas alıb. Həmin gün İran silahlı qüvvələri Tehrandan qalxan Ukrayna təyyarəsini vuraraq, göyərtədəki 176 nəfərin ölümünə səbəb olub. Ordu sonradan bu addımın səhvən atıldığını etiraf edib.

Ana səhifəDünyaİranda hərbi gəmi qəzasında 19 dənizçi ölüb