Rusiyanın "Nezavisimaya qazeta"sının məlumatına görə, İsrail Rusiya və ABŞ-ın icazəsi ilə İraqda şiə hərbi birləşmələrinin mövqelərinə zərbələr endirir.

Источник: Foto: Turan İA

Оглавление: Rusiyanın "Nezavisimaya qazeta"sının məlumatına görə, İsrail Rusiya və ABŞ-ın icazəsi ilə İraqda şiə hərbi birləşmələrinin mövqelərinə zərbələr endirir.

İran islamçıları Bakının Vaşinqton və Tel-Əvivlə müttəfiqlik münasibətlərindən niyə narazıdır?

Rəsmi Bakı Azərbaycanda Yaxın Şərq terroru təhlükəsi haqqında heç nə demir

Son günlər İran-ABŞ qarşıdurmasının güclənməsi regionda Vaşinqtonun müttəfiqləri olan ölkələri təhlükə altına qoyur. ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları gücləndirməsinin, İraq və Suriyada onun hərbi infrastrukturuna zərbələrin, habelə nüvə sövdələşməsindən çıxmasının inqilaba və ya ən azından Tehran rejiminin kapitulyasiyasına gətirib çıxaracağı ümidləri doğrulmadı.Tehranın ABŞ nöqteyi-nəzərdən qeyri-adekvat olan cavabı Vaşinqtonda müəyyən təlaşa səbəb oldu və İrana təzyiqin memarı, prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərildi.

Amerikanın İrandakı blitskriqinin uğursuzluğu Bakının Vaşinqton və Tel-Əvivlə müttəfiqlik münasibətlərindən narazı olan İran islamçılarının və digər islamçıların daim hədəfində olan Azərbaycanı daha da zəiflədib.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdiyi və İranla dəmir pərdənin aradan qalxdığı andan etibarən təhlükəsizliyini gücləndirmək üçün müxtəlif yollardan istifadə edib, regionda marağı olan bütün dövlətlərin - Rusiya, Türkiyə, ABŞ, İsrail və Avropa ölkələrinin köməyinə üz tutub. Və bu, təbii haldır, belə ki, bu postsovet müsəlman ölkəsi ötən əsrin 90-cı illərinin əvvəllərindən müxtəlif müsəlman ölkələrinin və Böyük Şərqin, xüsusən də, tarixi bağlılıq və coğrafi yaxınlıqla əlaqədar İranın islamçı dini cərəyanlarının təsir uğrunda mübarizə meydanına çevrilib.

Müxtəlif islami təşəbbüslərdə iştirak yolu ilə bu qüvvələrlə uzlaşmaq cəhdi və eyni zamanda dövlətlərin köməyi ilə təhlükəsizliyi təmin etmək səyləri, Trampın İranı sıxışdırma siyasətinin böhrana uğradığı şəraitdə, deyəsən, çat verib.

Ölkənin təhlüksəziliyinin zəifliyi artıb, bu ilin iyul-avqust aylarında, Amerikanın İrana sonuncu təzyiq təşəbbüsü ən yüksək həddə çatdığı zaman İraqda obyektləri bombardmana məruz qalan İranyönlü hərbi komandirlərin açıq-aşkar bəyanatları buna dəlalət edir.

İranın nəzarəti altında olan əl-Həşd əş-Şəabi qruplaşmasının komandir müavini Əbu Məhdi əl-Mühəndis Azərbaycanı İsrailin dronlarla İraqdakı İranyönlü obyektlərə hava zərbələri endirmək üçün bu ölkənin ərazisindən istifadə etməsində birbaşa ittiham edib. Mühəndis İsraildən intiqam almağı vəd edib, bu da dolayı yolla Azərbaycana qarşı təhdid demək ola bilər.

Bunun ardınca Nyu-York Tayms açıq-aşkar bəyan edib ki, bundan əvvəl İranın nüvə obyektlərinin hava kəşfiyyatı üçün Azərbaycan ərazisindən istifadə olunub. Nəşr iddia edir ki, kəşfiyyat dronları Azərbaycan ərazisindən İranın hava məkanına uçuş həyata keçirib. Nüfuzlu nəşrin açıq məlumat sızıntısı ABŞ və İsrailin Böyük Şərq regionunda hərbi-siyasi fəaliyyəti sistemində status-kvonu açıq-aşkar təsbit edir və rəsmi Bakını regional və superdövlətlər arasında manevrlərdən məhrum edir, bu da Vaşinqtonun müttəfiqi rolu ilə razılaşmaqdan başqa seçim qoymur. Amma bu da son deyil.

Rusiyanın "Nezavisimaya qazeta"sının məlumatına görə, İsrail Rusiya və ABŞ-ın icazəsi ilə İraqda şiə hərbi birləşmələrinin mövqelərinə zərbələr endirir. Bu barədə Asharq Al-Awsat nəşrinə Qərbdəki diplomatik mənbə bildirib. O etiraf edib ki, hərbi obyektlərdə artan partlayışların arxasında məhz yəhudi dövlətinin qüvvələri durur, amma Moskva və Vaşinqtonla razılaşmalar səbəbindən israillilər keçrilən əməliyatlarda iştirakları barədə açıq danışa bilmir. Ekspertlər arasında Rusiyanın həqiqətən zərbələrə yaşıl işıq yandıra biləcəyi ehtimal edilir.

Nyu-York Tayms-ın bəyanatı ABŞ-ın praktiki olaraq blitskriq strategiyasının uğursuzluğa düçar olduğunu etiraf etdiyi, İranın İraqdakı komandirlərinin şəxsində qisasdan bəhs etdiyi, Bakıya isə Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin səfər etdiyi bir vaxtda səslənib. Patruşev Bakıda təhlükəsizlik və Yaxın Şərq hərbi tamaşalar teatrından döyüşçülərin regiona keçməsi yollarının qarşısının alınması məsələlərini müzakirə edib. Qeyd etmək lazımdır ki, İŞİD və digər radikal islamçı qrupların döyüşçüləri Azərbaycanı dünyəvi siyasətinə görə açıq-aşkar intiqamla təhdid ediblər. 2016-cı ilin yayında Türkiyənin "Milliyet" qəzeti ölkənin xüsusi xidmətlərinə istinadla bildirib ki, İŞİD ölümə məhkum edilmiş terrorçuların Avropaya keçirilməsinin yeni marşrutunu seçib - Azərbaycan, Gürcüstan və Kipr vasitəsilə. Həmçinin, Türkiyə və Azərbaycanda terror aktları silsiləsinin hazırlanmasından bəhs edilirdi, bunun üçün əslən Azərbaycan və Şimali Qafqazdan olan döyüşçülər seçilib.

Rəsmi Bakı İraqdakı hərbi obyektlərə hücum üçün ərazisini İsrailə verməsi haqqında iddiaları təkzib edib. Bəyanatı XİN və Müdafiə Nazirliyi səsləndirib. Amma Azərbaycanın öz ərazisinin müdafiəsi üçün ölkədə istehsal olunan İsrail dronlarının İrana qarşı cəlb edilə biləcəyi istisna deyil.

Azərbaycan və İsrailin təhlükəsizlik sahəsində əməkdaşlıq etdiyi çoxdan sirr deyil, bundan başqa, Tel-Əviv bu qarşılıqlı fəaliyyəti açıq-aşkar reklam edir. 2016-cı ilin dekabrında baş nazir Netanyahunun Bakıya səfəri ərəfəsində İsrail xüsusi xidməti Mossad-ın rəhbəri Yosi Koen səfəri təhlükəsizlik sahəsində aktual məsələlərin müzakirəsi nöqteyi-nəzərdən strateji əhəmiyyətə malik səfər adlandırıb.

"Ümid edirəm ki, qalan günlərdə rəsmi qarşılıqlı anlaşma memorandumunun yekun mətni hazırlanacaq, hər iki ölkənin vəzifəli şəxsləri sənədi imzalayacaq", deyə Koen bildirib.

Sazişdə hər iki tərəf ortaq təhlükəsizlik təhdidləri ilə bağlı hərtərəfli əməkdaşlığı gücləndirmək öhdəliyi götürüb və Tel-Əviv Azərbaycan hökuməti üçün texnikanı və qabaqcıl təhlükəsizlik sistemlərini guraşdırmaq və səfərbər etməyi boynuna götürüb.

"Azərbaycanın təhlükəsizlik xidmətinin əməkdaşları ilə əvvəlcədən əldə edilmiş razılaşmalara əsasən, Mossad terrorizmə, dini ekstremizmə qarşı mübarizə, çevrilişin qarşısının alınması və çoxtərəfli regional ittifaqların yaradılması sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edəcək. Bununla əlaqədar tərəflər bir sıra təcrübəli Mossad zabitlərinin Bakıda fəaliyyətə başlayacaqları barədə razılıq əldə ediblər. Həmçinin, hər rüb Tel-Əviv və Bakı arasında təhlükəsizlik məsələləri üzrə birgə iclaslar keçiriləcək", deyə Koen bildirib.

Sazişin məqsədi haqqında suala cavabda o deyib: Bu sənəd, şübhəsiz ki, Azərbaycanın xarici təhdidlərdən təhlükəsizliyini artıracaq və regionda hər iki ölkənin təhlükəsizliyini təmin edəcək".

Rəsmi Bakı Azərbaycanda Yaxın Şərq terroru təhlükəsi haqqında heç nə demir. Amma bu, prezident Əliyev administrasiyasının İranyönlü sahə komandirlərinin qisas təhdidlərini diqqətsiz qoyduğu demək deyil. ABŞ-ın radikal addımlarına İranın radikal cavab addımları Tehranın təxmin edilməsi çətin olan addımlara hazır olduğunu nümayiş etdirir. Açıq kartlarla mürəkkəb oyun şəraitində İran prezidenti Ruhaninin avqustun 13-də prezident Əliyevə dostcasına telefon zəngini xoş məramın təzahürü və Azərbaycanın təhqir edilmiş İran gücünün qisas meydanına çevrilməyəcəyinin zəmanəti deyil. Bu kontekstdə Əliyevin ictimai fəallığının azalması da İran ətrafında son hadisələrin və onun Azərbaycana qarşı təhdidlərinin nəticəsi də ola bilər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/4v6icz

Самое читаемое