Источник: google

İqtisadiyyatın çökməsi, bağlı sərhədlər və ksenofobiya Koronavirusun yayılması dünyaya necə təsir edir

Məqalə Hromadske saytında dərc olunub.

Yeni koronavirus epidemiyası ən gərgin vaxtını geridə qoydu, çinli həkimlərsə artıq vaksinanı testdən keçirdiklərini bəyan ediblər. Bununla belə, adı gedən xəstəliyi İranda, Cənubi Koreyada və İtaliyada qeydə alıblar.

Epidemiya dünyanın müxtəlif regionlarına təsir edib və buna davam edir. Ölkələrdən bəziləri yeni virusun yayılmasının qarşısını almağa çalışır, digərləri mümkün yoluxma hallarına hazırlaşır. Eyni zamanda BVF-nun qiymətləndirməsinə görə, qlobal iqtisadiyyatın çökməsi təhlükəsi ola bilər, narazılarsa hökumətin koronavirusa olan reaksiyasına etiraz edirlər. “Hromadske” yeni koronavirusun dünya iqtisadiyyatına, siyasətə və cəmiyyətə necə təsir etməsi barədə danışır.

Çinin tənqidi

“Çinin hakim Kommunist Partiyası dövlət aparatı, KİV, internetdə azad söz, dini cəmiyyətlər, ali məktəblər, sahibkarlar və qeyri-hökumət təşkilatları üzərində nəzarəti gücləndirir”.

“Freedom House” beynəlxalq təşkilatı 2019-ci ilin hesabatında Çindəki azad söz səviyyəsini bu cür təsvir edib. Ölkə hakimiyyəti onu mənfi prizmada əks etdirən xəbərləri bu cür atmosferdə hər vəchlə senzuraya tutmağa çalışır. Koronavirusun yayılması müstəsna olmayıb.

Yeni virus haqda ilk aşkar danışanlardan olan həkim Li Venyanın hekayəsi bütün dünyaya yayılıb, lakin polis onu susmağa məcbur edib. Fevralın 6-da Çinin “Global Times” nəşri Venyanın ölümü haqda xəbər yayıb. Bir neçə saatdan sonra isə bu xəbəri təkzib edib – guya yerli hakimiyyətin göstərişi ilə. Təəssüf ki, ertəsi gün Li Venyanın yenə də öldüyü aydın olub. Bu, koronavirus üzündən Çin hakimiyyətinin senzurada günahlandırılması ilə bağlı yeganə nümunə deyil. Çin messenceri WeChat-ın istifadəçiləri şikayətlənirlər ki, onların respiratorların çatışmazlığı haqda yazdığı statuslar heç bir izah olmadan silinir, Çin hakimiyyətinin ayrı-ayrı tənqidçiləri isə qəfil yoxa çıxırlar.

Beynəlxalq Əlaqələr üzrə Amerika Şurasının Asiya məsələləri üzrə eksperti Elizabet Ekonomi izah edir: “Çinin daxilində koronavirusla bağlı hakimiyyətin fəaliyyətinə iki baxış mövcuddur. Bir tərəfdən, Çin virusun yayılmasının məhdudlaşması üçün fövqəladə tədbirlər görüb – öz vətəndaşları naminə və yerdə qalan dünyaya hədiyyə kimi. Digər tərəfdən, hakimiyyət demokratik olmadığından ölkə böhranın erkən çözülməsi üçün qiymətli vaxtını itirib”.

Hərçənd Ekonomi şübhə edir ki, koronavirus necəsə həm Çinin demokratikliyinə, həm də ölkənin dünya tərəfindən qəbul edilməsinə təsir göstərəcək: “Çin hakimiyyətinin tərəfdarları resursların təsirli mobilizasiyasına aksent edəcək, onlarla razı olmayanlarsa qeyri-qənaətbəxş şəffaflıqdan danışacaq və Çindən gələn xəbərlərin düzgün olub-olmaması ilə bağlı təlaşlanacaq”.

Bağlı sərhədlər

Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı fövqəladə vəziyyət elan edəndə qeyd etdi ki, əgər söhbət zəif səhiyyə sistemi olan ölkələrdən getmirsə, beynəlxalq qatarlara və ya ticarətə məhdudiyyət qoyulmasına əsas görmür.

Hərçənd ABŞ, Avropa, Latın Amerikası, Asiya və Afrikanın bəzi aviaşirkətləri yenə də müvəqqəti olaraq, minimum yaz fəslinədək Çinlə nəqliyyat əlaqəsini kəsdi. Ukrayna həmçinin fevralın 3-dək ÇXR-sı ilə birbaşa aviaəlaqəni kəsdi. Monqolustan və Qırğıszıstan isə Çin sərhədində yerüstü buraxılış məntəqələrini bağladı.

Bu tədbirlərin daha az görünən tərəfləri də var: birbaşa aviaəlaqə kəsildiyindən valideynlər övladlığa götürmək istədikləri uşaqları Çindən gətirə bilmirlər, CNN xəbər verir.

Honq Konq həmçinin Çinin qitə hissəsindən vətəndaşların gəlməsinə qadağa qoyub. Üstəlik ABŞ və bəzi ölkələr Çinin virusun yayıldığı yerlərindən gələn və təxliyyə olunan insanların məcburi ikihəftəlik karantin keçməsi tələbini qoyub.

Son günlər səyahət məhdudiyyətləri təkcə Çinə toxunmayıb. İranda koronavirusa yoluxma halı haqda xəbər yayıldıqdan sonra ordan artıq İraq, Livan, Türkiyə, Pakistan və Gürcüstana girişi qadağan ediblər. Yeri gəlmişkən, digər Yaxın Asiya ölkələrində – Küveyt, Bəhreyn, İraq və İsraildə də ilk yayılma halları qeydə alınıb.

İsraildə hava limanı Cənubi Koreyadan təyyarəni qəbul etməkdən imtina edib. Belə ki, həmin ölkədə son bir həftədə virusa yoluxanların sayı 880-ə çatıb. Honq Honq hökuməti də vətəndaşları ora getməməsi ilə bağlı xəbərdar edir.

Avropada yeni virusa ən çox yoluxanlar – 200 nəfərdən çox – İtaliyadadır. Son məlumatlara görə, xəstəlikdən ən azı beş adam ölüb. Ölkənin şimal regionlarının hakimiyyətləri, – koronavirus məhz burda qeydə alınıb, – məktəblərdə təhsili və kütləvi tədbirləri ləğv edib, üstəlik özünü yaxşı hiss etməyənlərə küçəyə çıxmamalarını tövsiyə edir.

Şimali İtaliyadakı vəziyyətlə bağlı olaraq qonşu Avstriya ölkə ilə dəmir yol əlaqəsini az müddətə kəsib, amma sonra onu bərpa ediblər. Koronavirus təhlükəsindən qorxan Fransada da İtaliyadan gələn avtobusu saxlayıblar. İrlandiya və Ukrayna isə artıq öz vətəndaşlarına İtaliyanın şimalına səyahət etməməyi məsləhət görüb. Girişə məhdudiyyət qoymaq çox sadədir, lakin bu tədbir çətin ki, koronavirusun yayılmasının qarşısını alsın, ABŞ-ın Corcstaun Universitetindən olan, qlobal epidemiyalar sahəsində ekspert Mari Pelineer təsdiqləyir.

“Ticarət və səyahətə qoyulan məhdudiyyətlər epidemiyanın öhdəsindən gəlməyə mane olur, belə ki, ziyan çəkən ölkələrə tibb vasitələri və tibb işçilərini göndərmək çətin başa gəlir”, – o qeyd edir. Üstəlik ölkə iqtisadiyyatı, xüsusilə də kasıblar bundan əziyyət çəkir.

Milanda Mərkəzi vağzalda qoruyucu maskalarda sərnişinlər, İtaliya, 25 fevral 2020-ci il.

İtaliyada yeni koronavirusun doğurduğu xəstəlikdən ölənlərin sayı yeddiyə çatıb – altı hala Lombardiya regionunda, bir hala isə Venetoda (25 fevralın məlumatları) rast gəlinib.

İqtisadi böhran yaxınlaşır

Söhbət təkcə milli iqtisadiyyatdan deyil, ümumilikdə qlobal iqtisadiyyatdan gedir. “Böyük iyirmilik” ölkələrinin maliyyə nazirlərinin görüşündə Beynəlxalq Valyuta Fondunun direktor-sərəncamçısı Kristalina Georgiyeva xəbərdar edib ki, koronavirusun çoxalması üzündən dünya iqtisadiyyatı hazırda təhlükə altındadır.

Digər tədqiqatlar da ürəkaçan deyil. Oksford iqtisadçıları hesablayıblar ki, epidemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan trilyon dolları aşa bilər – bu, dünyanın 16-cı ən böyük iqtisadiyyatına malik olan İndoneziyanın ümumi daxili məhsuludur.

ABŞ-ın ən iri bank holdinqi olan JPMorgan isə artıq dünya ÜDM-in yüksəliş proqnozunu yenidən nəzərdən keçirib və 2020-ci ilin birinci rübündə onun yüksəlişini yarıyadək – 1,3%-dək azaldıb. Bu, 2008-2009-cu illərdə baş vermiş qlobal maliyyə böhranı dövründən bəri ən bərbad göstəricidir, bank analitikləri qeyd edir.

Bir çox aparıcı şirkət öz istehsalını Çində – dünyanın ikinci iqtisadiyyat ölkəsində – yerləşdirdiyi üçün, koronavirusun yayılması onlara da mənfi təsir göstərəcək. Bu, ilk növbədə “Apple”, “Facebook”, “Tesla” və ya “Amazon” kimi texnoloji nəhənglərə aid olacaq. Şirkətlər özü bu barədə danışır.

“Epidemiyanın texnologiya sənayesinə bura biləcəyi zərərin miqyası barədə danışmaq hələ tezdir, – Vox qeyd edir, – amma artıq məlum olan belə ürək açmır”.

Ümumi qiymətləndirməyə görə, epidemiya istənilən halda bütün dünyada 5 milyon şirkətə təsir edəcək. Yeni koronavirus epidemiyasının daha az görünən nəticələri də var. Dünyada toy paltarları, avtomoil ehtiyat hissələri, dəniz delikatesləri və s. qıtlığı yaşanır – adı çəkilən məhsulların böyük bir hissəsi Çində istehsal olunur. Üstəlik ÇXR-nın digər ölkələrlə ticarəti məhdudlaşdıracağı qorxudundan investorlar daha çox qızıla sərmayə qoyurlar – onu dəyəri hətta böyük iqtisadi fəlakət zamanı, demək olar ki, dəyişməyəcək.

Əvəzində Çinin daha az neft ala biləcəyi ehtimalı ona gətirib çıxardı ki, 2020-ci ilin birinci rübündə ona olan tələbat son 10 ildə ilk dəfə aşağı düşəcək.

Çin aeroportlarında ölkədən çıxanların müayinəsi aparılır

Çin aeroportlarında ölkədən çıxanların müayinəsi aparılır

Источник: AP

Ksenofobiya və cəmiyyətdəki etirazlar

Koronavirus haqqında yalançı məlumatlar Asiya mənşəli insanlara qarşı ksenofobiya dalğasına gətirib çıxardı. Belə ki, ABŞ-da təkcə sözlə deyil, həm də fiziki zorakılıq halları qeydə alınıb. Məsələn, bir videoda Nyu-Yorkun yeraltı dəmir yolunda çinli qadına maskada olduğu üçün birbaşa insanların arasında hücum çəkdikləri əks olunur.

Bundan başqa, ABŞ, Avstraliya və Kanadadakı çin restoranlarında müştərilərin sayı hardasa üçdə iki dəfə azalıb. Bəzi müəssisələr qapının üzərində “çinlilərə giriş qadağandır” elanını asırlar.

İngilisdilli “Vikipediya”da hətta “2019-2020-ci illərdə yeni koronavirusun yayılması ilə bağlı ksenofobiya və irqçilik” adlı səhifə yaradılıb ki, burda dünyanın iyirmidən çox ölkəsində baş vermiş bu halla bağlı nümunə gətirilib.

Koronavirusla bağlı yalan təsəvvürlərlə mübarizə üçün çin mənşəli italiyalı Masimiliano Martilyi Yanq “mən virus deyiləm, mən adamam, mənə qərəzli yanaşmayın” adlı fleşmob buraxıb. O, bununla göstərmək istəyib ki, çinlilər, asiya mənşəli insanlar və sadəcə maskalı adamlar təhlükəli virusun mənbəsi deyillər. Fleşmob digər ölkələrdə də yayılıb.

Koronavirusla mübarizədə hökumətin fəaliyyətindən narazı olanlar etiraz nümayişinə çıxırlar. Belə ki, İranın Taleş şəhərində xəstəxanaya koronavirus xəstələrinin gətirildiyini öyrənən insanlar küçəyə çıxıblar. Ukraynada isə minimum Ternopolsk, Lvov və Kiyev vilayətlərində Çinin Uxan şəhərində təxliyyə olunmuş ukraynalı və xaricilərin ölkədə yerləşdirilməsinə qarşı çıxıblar.

Poltava vilayətinin Novıye Sanjarı kəndində vəziyyət daha pis olub. Fevralın 20-də ora təxliyyə olunmuş adamları gətiriblər, lakin yerlilər avtobusları daşqalaq edib.

Oyunlar və pullar

“Plague Inc” mobil oyunu koronavirus epidemiyası fonunda Çində Apple Stor-da ən çox yüklənən əlavələrin reytinqinə rəhbərlik edib və yanvarın 21-dən fevralın 10-dək birinciliyi saxlayıb. Oyunda bütün bəşəriyyətin axırına çıxacaq virusu düşünüb tapmalısan.

Pekinin rayonlarından birini hakimiyyəti öz növbəsində “Patogenlərin döyüşü” adılı mobil oyun yaradıb. Orda həmçinin ölümcül viruslarla mübarizə etməlisən, üstəlik hər raund uğurla başa çatdıqdan sonra sağlamlığın qayğısına qalmaqla bağlı məsləhət verilir.

Çinin Mərkəzi Bankı isə koronavirusla mübarizə üçün valyutanı zərərsizləşdirməyi planlaşdırır. O cümlədən pulları ultrabənövşəyi işıq və ya yüksək temperaturla təsir etməklə təmizləyəcək və bir neçə həftədən sonra çap edəcək. Mərkəzi Bankda əlavə ediblər: nə vaxt mümkün olacaqsa, onda yeni əskinaslar verəcəklər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/0cvsy6

Самое читаемое