Dövlət Neft Fondu

Источник: Dövlət Neft Fondu

Başlıq: Dövlət Neft Fondu

İqtisadçı: Neft Fondu 3 ayda 803 milyon dollar itirib

"Aktivlər 43,6 milyarddan 42,8 milyard dollara enib"

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin birinci rübündə 1,84 faiz azalıb.

Aktivlər 43,6 milyard dollardan 42,8 milyard dollara enib.

Məlumatı ARDNF yayıb.

Səbəb kimi qızılın uculaşması və əsas valyutaların ABŞ dolları ilə müqayisədə dəyərsizləşməsi göstərilib.

İqtisadçı Samir Əliyev deyir ki, Fond 3 ayda 803 milyon dollar itirib.

Təxmini hesablamalar apardıqda məlum olur ki, təkcə 2021-ci ilin yanvar-mart aylarında dünya əmtəə birjalarında qızılın 9,8 faiz ucuzlaşması hesabına Fondun itkisi 580 milyon dollara yaxın olub: “Bu müddətdə qızılın unsiyası 1874,3 dollardan 1691,5 dollara enib”.

Valyutalara gəldikdə, iqtisadçı deyir ki, ingilis funtu istisna olmaqla ən azı aktivlərin 1/3-ni təşkil edən 7 valyutanın 6-sı ABŞ dollarına münasibətdə dəyərini itirib.

Samir Əliyev

Samir Əliyev

Источник: Samir Əliyevin şəxsi arxivindən

Aktivlərin 1/5-nin məxsus olduğu avronun dəyər itirməsi 4 faizə yaxın olub: “Bu, Fonda 420 milyon dollar zərər vurub. Daha çox ucuzlaşma paylarının kiçik olmasına rəğmən Türkiyə lirəsi (10 faiz) və Yaponiya yenasında (7,2 faiz) qeydə alınıb. Bundan başqa, dollar qarşısında Rusiya rublu 2,2, Avstraliya dolları 1,25, Çin yuanı 0,4 faiz zəifləyib”.

Fondun açıqlamasına görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 2 milyard manatdan çox olub.

Samir Əliyev deyir ki, burada diqqəti cəlb edən digər məsələ A və daha yüksək kateqoriyalı reytinqə malik qiymətli kağızlara yatırımın payının 91,2 faizdən 89,9 faizə düşməsidir.

Əvəzində BBB dərəcəli reytinqə malik kağızların payı 7,4 faizdən 8,8 faizə yüksəlib: “Əlbəttə, Fondun aktivlərinin azalması fiziki xərcləmələrlə bağlı deyil. Ən azı Fond da qeyd edir ki, birinci rüb gəlir xərcləri üstələyib. Ola bilsin ki, ikinci rübün sonuna valyutaların dollara münasibətdə möhkəmlənməsi və ya qızılın bahalaşması və yaxud da hər ikisi baş versin. Bu halda aktivlərin artmasını müşahidə edəcəyik”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/c787k1

Самое читаемое