“İnter Tekstil” fabrikinin işçiləri 1 milyon manatlarını tələb edirlər

Источник: Meydan.TV

Оглавление: “İnter Tekstil” fabrikinin işçiləri 1 milyon manatlarını tələb edirlər

“İnter Tekstil” fabrikinin işçiləri 1 milyon manatlarını tələb edirlər

Статья обновлена:  4 Апрель 2019

“İnter Tekstil” fabrikinin işçiləri 1 milyon manatlarını tələb edirlər

“İnter Tekstil” fabrikinin keçmiş işçiləri 1 milyon manata yaxın yığılan əmək haqlarını tələb edirlər. 400 işçi 2018-ci ilin avqustunda işdən çıxarılıb.

"Eləsi var 6, eləsi var 8 ayın maaşımı ala bilməyib. Bir də 400 nəfər kollektivin son haqq-hesabı ödənilmir. Müdiriyyət də deyir ki, göydən pul yağmır ki, mən sizə pul verəm”, - Allahverdi Səfərov deyir.

Müəssisə 1974-cü ildə “Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2008- ci ildən “İnter Tekstil” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Fabrikin direktoru Şakir Musayevlə görüşdə işçilər hər dəfə “gözləyin” cavabını alırlar.

"Eləsi var bir ailədən 4-5 nəfər işləyir. Deməli, dilənçi kökündə yaşayırıq biz. Ermənistanı deyirlər, Ermənistan bizdən gözəl yaşayır. Bu cür olmaz. Düz deyirəm, qoy məni aparsınlar. Prezidentin xəbəri olsun bu işdən, cəmi bir milyon pul ayırmaq lazımdır bura”, - Muxtar Mənsimov deyir

Keçək müəssisənin əsl sahibinə. Sabiq deputat Dünyamin Xəlilov “Beynəlxalq Bank”ın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin köməyi, birlikdə mühakimə olunduğu şəxslərin iştirakı ilə bankdan milyonlarla kredit götürüb qaytarmamaqda suçlanır. Hökmə əsasən, D.Xəlilovun üzərinə həbs qoyulmuş əmlakı ziyanın ödənilməsi üçün “Beynəlxalq Bank”ın problemli kreditləri ilə məşğul olan “Aqrokredit”ə və Vergilər Nazirliyinə yönəldilib. Elə şirkətin direktoru Şakir Musayev də Vergilər Nazirliyinin onlara pul qaytaracağını, bununla da işçilərin əmək haqqını ödəyəcəyini deyib.

“Bizi özləri vadar edir ki, prezidentin əleyhinə çıxaq. Mən bu camaatın adından danışıram. İstəyir məni güllələsinlər, deyiblər, mən də deyirəm. Bizi Prezidentin əleyhinə qaldırırlar. Müəssisəni işlətmirlər, pulumuzu da vermirlər. Şakir müəllimi gəzdiyi maşın 400 minlikdir. Əgər pul verilmirsə, o maşın nə ilə işləyir? Pul almırsa, müəssisədən gəlir götürmürsə, o burada nə gəzir?”, - deyə Muxtar Mənsimov sual edir.

Vergilər Nazirliyi zənglərimizə cavab vermədi.

Dünyamin Xəlilov 2017-ci ildə CM-nin 178 (dələduzluq), 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 il həbs cəzasına məhkum edilib. Elə həmin ilin dekabrında Şakir Musayevi ölkə başçısı tərəqqi medalı ilə təltif edib.

"Bir neçə vaxtdan sonra biz eşitdik ki, Şakir Musayevə “Tərəqqi” medalı veriblər. Müəssisə işləməyə-işləməyə veriblər. Fəhlələri aldatdığına görə veriblər”, - Günay Məmmədova deyir.

Təqsirləndirilənlər arasında olan "İnter Tekstil" ASC-nin İdarə Heyətinin üzvü olan Şakir Musayev canını şərti cəza ilə qurtara bilib. O, məhkəmədə Dünyamin Xəlilovun göstərişi ilə işçilərinin adına “Beynəlxalq Bank”dan böyük məbləğdə kreditlər götürüldüyünü deyib. İşçilər də deyirdi ki, onlar Şakir Musayevin göstərişilə banka gediblər, sənədlərə qol çəkiblər, amma pulun üzünü görməyiblər.

“Beynəlxalq Bank”dan alınan problemli borcların əvəzində əldə edilən, onun mülkiyyətində olan əmlak “ASK” ASC-nin mülkiyyətinə veriləcək. Korporasiyanın baş direktoru, deputat Kamran Nəbizadə işçilərə ödəniləcək əmək haqqının onlara aid olmadığını bildirir.

“Keçmiş dövrün əmək haqqıdır, ona görə cavabdeh də keçmiş rəhbərlikdir. Borcu yaradan da, ödəməli olan da odur”, - Kamran Nəbizadə belə deyir.

Şakir Musayevlə əlaqə yaratmağa çalışsaq da, jurnalist olduğumuzu öyrənən kimi dəstəyi asdı.

İşçilərsə qapı-qapı gəzsələr də, haqlarını sonunacan tələb edəcəklərini deyirlər. Direktor Şakir Musayevi şirkətdə tapmadıqlarından telefonla əlaqə yaradıb ondan maaşlarının nə vaxt veriləcəyini soruşurlar.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  4 Апрель 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/x4n5fy

Самое читаемое