“İmkansızlıqdan uşaqları məktəbə göndərə bilmirəm”

““Məsələn, kirayə qalanlar kirayə müqaviləsi bağlayır və həmin sənədlə müraciət edirlər”

Source: Specify Source


Qəhrəmanovlar ailəsi imkansızlıqdan əziyyət çəkir

“Əvvəllər fəhləlik edir, günə 7-10 manat qazanırdım. Bir il əvvəl gözümdən əməliyyat oldum. Həkim ağır qaldırmağı, çətin işlər görməyi qadağan etdi. Bundan sonra qara günlərimiz başladı. 5 uşaqla acınacaqlı həyat yaşayırıq”.

Göyçayın Müskürlü kəndinin sakini, 45 yaşlı Cümşüd Qəhrəmanov belə deyir. Bildirir ki, bu il imkansızlıqdan uşaqları məktəbə də göndərə bilməyib.

Qəhrəmanovlar ailəsi 6-cı uşağı gözləyir. Hazırkı övladlarının isə kiçiyi 4, böyüyü 13 yaşındadır. Ailə ötən ilədək onları çətinliklə də olsa, məktəbə göndərə bilib. Bu ildən məktəbə göndərməyin mümkün olmadığını deyirlər.

“İşləmirəm, çünki həkim qoymur. Fəhləlikdən başqa bacardığım bir iş də yoxdur. Gündəlik yemək xərclərini qarşılamaq üçün yoldaşım süpürgə yığır, bağlayıb satır. Ordan gələn qazanc da yalnız gündəlik yeməyimizə çatır. 7 nəfərik. Üstəlik, yoldaşım hamilədir, ona çox çətindir. Ən pisi də odur ki, bu iş gələn ay olmayacaq, mövsümidir”.

Cümşüd Qəhrəmanov deyir ki, əvvəllər atasının evində yaşayıblar. Onda həyətində tövləsi, sürü ilə qoyunu olub. Sonradan bir evdə 11 nəfər yaşamaq çətinləşib və Cümşüd başqa evə çıxmaq qərarı verib. Deyir, buna görə bütün sürüsünü satmalı olub. Həmin sürünün pulu ilə kənddə özünə ev alıb:

“Ödənişini yeni verib bitirmişdim ki, gözlərim pis günə qaldı. Yenə borc-xərc edib, əməliyyat olundum. Nəticədə, borc ödəməyin müddəti uzandı”.

Cümşüd Qəhrəmanov deyir ki, artıq aylardır çıxılmaz durumdadır. Elə bu zaman ağlına ünvanlı sosial yardıma müraciət etmək gəlib. Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinə müraciət edib. Deyir, ona “yaşadığın ev öz adına deyil. Odur ki, sənə yardım düşmür”, – cavabı veriblər. Cümşüd Qəhrəmanov isə deyir ki, düzdür, yaşadığı ev hələlik, öz adına keçməyib. Səbəb də pulunu tam ödəyib bitirməməsi olub. Ödəniş yeni bitib, ev sahibinə müraciət edib, həll olunacaq. Ancaq vətəndaş adına ev almaqla yardımın nə əlaqəsi olduğunu anlaya bilmir. Deyir, belə çıxır ki, evi olmayana yardım düşmür?

Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinin sosial yardımın təminat şöbəsinin müdiri Cəbrayıl Məmmədov isə Meydan TV-yə deyir ki, bəli, ev özünündürsə, adına olmalıdır. Bu, tələb olunan sənədlərdən hesab edilir:

“Məsələn, kirayə qalanlar kirayə müqaviləsi bağlayır və həmin sənədlə müraciət edirlər. Əslində müraciət edən vətəndaşa yardım düşüb-düşməməsini Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) müəyyən edir, bizlik bir şey yoxdur. Görünür, o vətəndaşdan bu sənəd tələb edilib”.

img_1774.jpg
“Hazırkı övladlarının isə kiçiyi 4, böyüyü 13 yaşındadır”

Cəbrayıl Məmmədov deyir ki, sistemə göndərilən bütün məlumatlar dəqiq olmalıdır. Bura ailə tərkibi ilə bağlı arayış, onun notariusda təsdiqi və s. da daxildir. Fondun əməkdaşı əlavə edir ki, həmin sənədlə notarisudan təmsilçilik ərizəsi alınmalı, həmin ərizə əsasında da vətəndaşa kod verilməlidir:

“Məlumat VEMPAS sisteminə həmin kodla göndərilir. Ona görə bunların hamısı vacibdir. Ümumiyyətlə, həmin sistemə ailə üzvləri, gəlir, iş barədə bütün məlumatlar daxil edilir. Güman ki, Cümşüd Qəhrəmanovdan iş tələb olunacaq. Əgər əməliyyat olunubsa, hazırda əmək qabiliyyətli deyilsə, bu zaman qeydiyyatda olduğu ərazinin tibb məntəqəsinə müraciət edib, əlillik dərəcəsi almalıdır. Yaxud Cümşüd Qəhrəmanovun adına pay torpağı var. Bu da iş yeri sayıla bilər. Əsas sənədləri düzgün toplamaqdır”.

Cəbrayıl Məmmədov deyir ki, onlar bir müddət öncə Qəhrəmanovlar ailəsinin evinə baxış keçiriblər. Həqiqətən ailə çətin durumda yaşayır. Amma yardıma müraciət üçün bəzi sənədləri çatmır:

„Əgər bu barədə onlarda sual yaranıbsa, yenə müraciət etsinlər, əlimizdən gələn köməyi edərik”.

Dövlətin müəyyən etdiyi

qaydalar

a əsasən, ünvanlı dövlət sosial yardımına müraciət etmək üçün ilk növbədə ailə tərkibi və ünvan düzgün göstərilməlidir. Bundan sonra ailənin gəlirləri, krediti, əmlakı, pay torpağı varsa, bu barədə məlumat daxil edilməli, qaz, işıq, su, stasionar və mobil telefondan istifadəyə görə xərcləri göstərilməlidir.

Şərtlərdə ünvanlı sosial yardımın verilməməsi əsaslarının içərisində mənzilin öz adına olmaması əsası yoxdur.

Sonda Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinin əməkdaşı Cəbrayıl Məmmədov əlavə edir ki, əmlakla bağlı sənədləri düzəltsinlər və yenidən müraciət etsinlər. Bu zaman şansları yüksək olar.

Bu il Azərbaycanda ailələrə ünvanlı sosial yardım almaq hüququ üçün müəyyənləşdirilmiş şərtlərdə dəyişiklik edilib.

Müstəqil ekspertlər rəylərində yeni dəyişiklikdə insanlara ünvanlı sosial yardım verməmək üçün bir çox maneə tətbiq edildiyini bildirmişdilər. Yeni dəyişikliklərdən biri də sosial yardımın ödənilmə müddətinin 2 ildən 1 ilə endirilməsidir. Əvvəllər bu yardım 2 il

müddəti

nə ödənilirdi.

Ana səhifəBölgə“İmkansızlıqdan uşaqları məktəbə göndərə bilmirəm”