Источник: Meydan TV

İlqar Məmmədov seçiciləri etiraza səslədi

“Başqa bölgələrdə haqları pozulanlar da meydanlara çıxıb etirazlarını etsinlər, mən onları etiraza səsləyirəm”

ReAL Partiyasının sədri İlqar Məmmədov fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin əksər dairələrdə xalqın iradəsini əks etdirmədiyi qənaətindədir.

ReAL Partiyasının sədri Meydan TV-nin suallarını cavablandırarkən deyib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Müşahidə Missiyası, AŞPA və ATƏT PA-nin birgə açıqlamasını müsbət hesab edir. Lakin İlqar Məmmədov düşünür ki, hesabatdan doğan tədbirləri beynəlxalaq təşkilatlardan keçib, Azərbaycan xalqı özü həyata keçirməlidir.

O, 9 fevral seçkilərindən sonra “seçki ilə nələrinsə dəyişəcəyinə inam itdi” fikrini bölüşmür:

“Azərbaycanda nələrsə dəyişəcəksə, mütləq seçki ilə dəyişəcək. Amma necə dəyişəcəyini xalq özü müəyyən edəcək”.

İlqar Məmmədov fevralın 16-da bütün Azərbaycan xalqını 9 fevral seçkilərinə etirazını bildirməyə dəvət edib:

“Bu seçkiyə mitinq və geniş yürüşdən başqa düz reaksiya ola bilməz. Demokratiya tərəfdarları və Azərbaycanı sevənlər mitinqə çıxmalıdır. Bu gün Bakı Şəhər İcra Hakimiyyətinə yerlə bağlı müraciət edəcəyik, istənilən halda aksiya baş tutmalıdır. Əgər bizim azad toplaşmaq haqlarımız pozulacaqsa, Konstitusiya haqqımıza istinad edəcəyik. Başqa bölgələridə haqları pozulanlar da meydanlara çıxıb etirazlarını etsinlər, mən onları etiraza səsləyirəm”.

İlqar Məmmədov partiyadaşı Erkin Qədirli və digər cümhuriyyətçi namizədlərin halal qələbə qazandıqlarını düşünür:

“Ancaq Erkin Qədirlidən başqa həqiqətən real qələbə qazananların haqqı oğurlanıb. Bu məsələyə biz ayrıca qiymət verəcəyik. Belə bir şəraitdə yalnız Qədirlinin haqqının tanınması məqbul deyil. Buna uyğun bir çözüm tapmalıyıq”.

İlqar Məmmədov Erkin Qədirlinin mandatdan imtinası barədə sosial şəbəkələrdə səslənən fikirlərə konkret cavab verməyib:

“Bununla bağlı Erkin Qədirli özü qərar verəcək, mən onun qərarını deyə bilmərəm. Amma partiya olaraq müzakirə edəcəyik, bizim qərarımız onun qərarı ilı üst-üstə düşə də, fərqlənə də bilər”.

O, əgər ReAL üzvlərinin iştirak etdiyi, amma qələbələri tanınmayan dairələrin nəticələri ləğv olunarsa, yenidən keçiriləcəyi halda, iştirak edəcəkləri barədə düşünəcəklərini bildirdi.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. ReAL “Cümhuriyyətçilər İttifaqı” seçkilərdə 31 namizədlə iştirak edib. Ancaq MSK Erkin Qədirlinin deputat seçildiyini elan edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/6vfuvz

Самое читаемое