İlham Əliyev müharibədə iştirak edən hərbçiləri təltif edib (yenilənib)

Onların arasında 7 general-leytenant, 17 general-mayor və 256 polkovnik, 57 polkovnik-leytenant rütbəli hərbçi var.

Source: Specify Source


17.41.


Dövlət başçısı bu gün 50 hərbçini “Qarabağ”, “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Rəşadət”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif



edib



. Onların arasında bir general-leytenant, 11 polkovnik-leytenant, 4 polkovnik, 8 mayor, kapitan, gizir, əsgərlər var.


Bundan əlavə minlərlə hərbçiyə “



Döyüşdə fərqlənməyə görə



”, "



Cəsur döyüşçü



”, "



İgidliyə görə



", "



Vətən uğrunda



" , “



Hərbi xidmətlərə görə



” medalları da verilib.

***


Onlar Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasına görə mükafatlandırılıb

İyunun 24-də dövlət başçısı İlham Əliyev minlərlə hərbçini

Cəbrayıl

,

Xocavənd

,

Suqovuşan

,

Füzuli

,

Zəngilan

,

Qubadlı

,

Şuşa

,

Ağdam

,

Kəlbəcər



Laçın

rayonlarının işğaldan azad olunması medalları ilə təltif edib.

Sərəncamda Cəbrayılın azad olunmasına görə 10 min 211, Suqovuşanın azad olunmasına görə 10 647, Xocavəndin azad olunmasına görə 11 min 831, Füzulinin azad olunmasına görə 11 min 365, Zəngilanın azad olunmasına görə 3435, Qubadlının azad olunmasına görə 5867, Şuşanın azad olunmasına görə 5784, Ağdamın azad olunmasına görə 3522, Kəlbəcərin azad olunmasına görə 4225, Laçının azad olunmasına görə 2643 hərbçi mükafatlandırılıb.

Onların arasında 7 general-leytenant, 17 general-mayor və 256 polkovnik, 57 polkovnik-leytenant rütbəli hərbçi var.

Təltif olunan hərbi qulluqçular arasında Xüsusi təyinatlı qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev və Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşir (Məmmədov) də var. Eyni zamanda, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi, polkovnik Tehran Mənsimov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" Qərar qəbul edib.

Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə "DQMV haqqında" Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Ana səhifəSiyasətİlham Əliyev müharibədə iştirak edən hərbçiləri təltif edib (yenilənib)