Prezident İ.Əliyev və icra başçısı E.Əzizov

Источник: Foto: Azərtac

Başlıq: Prezident İ.Əliyev və icra başçısı E.Əzizov

İlham Əliyev: Bir çox halda həyətlərdə hündürmərtəbəli evlər tikilirdi

Статья обновлена:  4 Ноябрь 2019

“Şəhərsalma qaydaları tətbiq olunmalıdır”

Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edib.

Prezident İlham Əliyev bir çox binada, bloklarda vəziyyətin ürəkaçan olmadığını, lift təsərrüfatının köhnəldiyini qeyd edərək bildirib ki, evlərarası həyətlər bəzi hallarda zəbt olunur və ictimai istifadə üçün yerlər yoxa çıxır:

“Ona görə nümunəvi həyətlərin qurulması çox böyük məna daşıyır. Biz bu sahəyə kompleks şəkildə yanaşmalıyıq. Əlbəttə ki, həyətlər, ilk növbədə, vətəndaşlar üçün rahat, işıqlı olmalıdır, təhlükəsizlik baxımından tədbirlər görülməlidir. Bir çox inkişaf etmiş ölkələrin şəhərlərində həyətlərdə təhlükəsizlik kameraları qoyulur. İndi Bakı şəhərində bir çox yerdə təhlükəsizlik kameraları qoyulub və bu kameralar cinayətləri aşkar etmək və cinayətkarları məsuliyyətə cəlb etmək üçün böyük rol oynayır. Həyətlərdə də təhlükəsizlik kameraları qoyulmalıdır ki, təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunsun”.

İcra başçısı Eldar Əzizov Bakı şəhərinin lift təsərrüfatını inkişaf etdirmək üçün 32 milyon manat vəsait ayrıldığını xatırladıb:

“Bu sahədə Almaniyanın tanınmış “Wittur” şirkəti ilə danışıqlar apardıq, müqavilə bağlandı və bu günədək 430 lift Bakıya gətirilib. Onlardan 130-u artıq istifadəyə verilib. İlin axırınadək 581 lift quraşdırılacaq. Amma yaxın illər üçün proqnozlarımız belədir ki, 2500-ə qədər lift mərhələ-mərhələ dəyişdirilməlidir”.

Prezident dam örtüklərinin yenilənməsi üçün ehtiyat fondundan 10 milyon manat vəsait ayrıldığını xatırladaraq qeyd edib ki, bütün dam örtüklərini bu vəsaitlə təmir etmək mümkün deyil. Eldar Əzizov Bakıda 420 binanın dam örtüyünü təmir edəcəklərini bildirib:

“Bununla bağlı şirkətlərlə danışıqlar aparılıb, Sizin tələbiniz çatdırılıb ki, ən keyfiyyətli materiallardan istifadə etmək vacibdir. Artıq 150 damda işlər tamamlanıb və proses gedir. Noyabrın ortalarına qədər bütün bu işi qurtarmaq niyyətindəyik”.

Ölkə başçısı təəssüflənib ki, əvvəlki illərdə bütün şəhərsalma qaydaları pozulurdu. Mövcud binaların düz önündə yeni hündürmərtəbəli binalar tikilirdi və bəzi dırnaqarası sahibkarlar köhnə binalarda yaşayan vətəndaşları Günəş işığından məhrum edirdilər. Bir çox halda həyətlərdə evlərin tikintisi baş verirdi:

“Əvvəlki dövrdə hətta bəzi məktəblərin həyətlərində evlər tikilirdi. Sonra bu məsələyə son qoyuldu. Yəni, şəhərsalma qaydaları tətbiq olunmalıdır, burada yerli icra orqanları və əlbəttə, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi öz işini yüksək səviyyədə qurmalıdır ki, bütün şəhərsalma normaları təmin edilsin. Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  4 Ноябрь 2019
Bölmələr:  
Короткие линки:   http://mtv.re/sg2s2r

Самое читаемое