İcra başçısı və müavininin həbs müddəti uzadıldı

DTX-nın müxtəlif icra hakimiyyətlərində həyata keçirdiyi həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa Rayon İcra Hakimiyyətindən başlamışdı.

Source: google.az


Səbail Rayon Məhkəməsi qərar çıxarıb

Ağstafa və Goranboy rayonlarının keçmiş icra başçısı Nizaməddin Quliyev haqqında həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. İyulun 10-da Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarova bu barədə qərar çıxarıb.

N.Quliyevlə yanaşı, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Ramiz Tatarov haqqında da eyni qərar verilib. O, N.Quliyevlə birlikdə ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunmuşdu.

DTX-nın müxtəlif icra hakimiyyətlərində həyata keçirdiyi həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa Rayon İcra Hakimiyyətindən başlamışdı.

N.Quliyev və R.Tatarov, eləcə də onlardan sonra həbs olunan Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının sabiq icra başçıları, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri DTX-nın istintaq təcridxanasında saxlanılır.

Onların barəsində ibtidai istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılır.

Ana səhifəSiyasətİcra başçısı və müavininin həbs müddəti uzadıldı