Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev

Источник: http://agsu-ih.gov.az/

Başlıq: Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev

“İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür”

Asif Cəfərov: “Vahid Tağıyev qarşısına çıxana deyir ki, mən MTN-dən gəlmişəm”

“Bu il aprelin 28-də icra başçısı Vahid Tağıyevin göstərişi ilə Ağsu dolaylarında olan kafe və restoranların əksəriyyətini məhkəmə qərarı olmadan sökdülər. Pandemiyaya görə rayonda SMS icazə ilə hərəkət etdiyimiz üçün prosesə mane ola bilmədik. Hazırda dolaylarda yerləşən 20-dən çox obyekt tam, ya da qismən sökülüb”.

Bunu Meydan TV-yə Ağsu rayon sakini Asif Cəfərov Əlisa oğlu deyir. Zərərçəkən bildirir ki, ailəsinə məxsus, daha dəqiq Nüşabə Əlisa qızı Cəfərovanın adına rəsmiləşdirilən “Orxan” iaşə obyekti qanunsuz olaraq sökülüb:

“Həmin gün Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri ərazidə olan obyektləri sökməyə başladı. Mənim obyektimi sökmək istəyəndə etiraz etdim, dedim ki, rus ordusu Azərbaycanı aprelin 28-də işğal etmişdi. Vahid Tağıyev də ənənəyə sadiq xətlə eyni tarixdə Ağsunu zəbt edir. Mən belə deyəndən sonra söküntü işlərini saxladılar. Lakin bir gün sonra aprelin 29-da birliyin işçiləri gəlib ailəmə məxsus kafeni söküb, yerlə-yeksan etdilər. Yalnız estakada qaldı. Mebel, stol-stul kassa aparatı, nəyimiz vardısa, hamısı söküntünün altında qaldı. Onlara dedim ki, pandemiya dövründə xalqı hakimiyyətə qarşı üsyana çağırırsınız? Birliyin müdiri Namiq Mürsəlov dedi ki, rəhbərlik göstəriş verib sökülsün, mən də sökürəm”.

Asif Cəfərovun obyekti

Asif Cəfərovun obyekti

Источник: Meydan TV

İaşə obyektlərinin sökülməsinə səbəb kimi qanunsuz tikili olduqları göstərilib. Şikayətçi isə bununla razılaşmır, deyir ki, onlara məxsus məkanın sənədləri qaydasında olub:

“Bizə məxsus olan ərazi 1998-ci ildə alınıb və yeməkxana tikilib. 2005-cü ildə dedilər ki, buradakı obyektlər yola yaxındır. Biz də obyekti söküb, özlərinin verdiyi layihə ilə yoldan 40 metr kənarda yenidən tikdik. Heydər Əliyevin hakimiyyəti dövründə mövcud olan qanunlar bu gün də işləyirsə, 2005-ci ildə bizə verilən layihə əsasında tikilib sənədləşdirilən binanı nəyə əsasən sökürlər? Bu işlə məşğul olan hər hansı bir qurum araşdırsın, bizə bir səbəb desin. Ağsu dolaylarında sənədi qaydasında olan iki-üç obyektlərdən biri də bizimkidir. Pandemiyadan zərərçəkmiş sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərildi. Bacıma və qardaşıma ayrı-ayrılıqda 250 manat pul verildi. Əgər bu tikili qanunsuzdursa, niyə onlara pul verildi?”

Obyekin Şəhadətnaməsi

Obyekin Şəhadətnaməsi

Источник: Meydan TV

Asif Cəfərov məsələ ilə bağlı icra başçısı ilə danışdığını söyləyir. Deyir ki, vəziyyəti Vahid Tağıyevə izah edib, lakin aldığı cavab qənaətbəxş olmayıb:

“İcra başçısına dedim ki, bu, möhkəm binadır, bünövrəsi sağlamdır, dəmir konstruksiyalıdır. O da cavabında dedi ki, söküləcək, vəssalam. Ona dedim ki, sən kimsən, şahsan? Mənə bir sənəd təqdim et ki, bilim, haqlısan. İcra başçısı keçmiş Milli Təhlükəsizlik, daha sonra Dövlət Təhlükəsizlik Xidmətində işləyib. Bizim rayona icra başçısı təyin ediblər, amma bu adamın əhali ilə davranış qaydalarından anlayışı yoxdur. Qarşısına çıxana deyir ki, bilirsən də, mən MTN-dən gəlmişəm. MTN-dən gəlmisən deyə məni casus kimi görməlisən?”

“Hələ əvvəldən obyekt sahiblərini ərazidən çıxarmaq üçün çox vasitələrə əl atdılar. Hətta Ağsu dolaylarında meşəni yandırdılar ki, yəni buradan rədd olub gedin”, - şikayətçi deyir:

“Həmin dolaylarda fəaliyyət göstərən obyektlərin rayon camaatına çox köməyi var idi. İnsanlar işləyirdi, evinə çörəkpulu aparırdı. Hamısını məhv etdilər. Digər obyekt sahiblərinə hədə-qorxu gəldilər. Hətta bir nəfərə 70 min manat ziyan vurdular. Adam obyekti sökdü, yenidən tikdirdi, xeyli xərc çəkəndən sonra oranı 18 min manata satdı. İcra başçısı obyekt sahiblərini bir-bir kabinetinə çağırırdı. Həmin adamlar sonra özləri obyektlərini sökməyə başladı. İndi onların çoxu peşman olub. Başçı birini qorxudur, sənədlərini əlindən alıb, başqasına satır. Əgər bu layihədirsə, obyekti başqasına necə satırsan? Hazırda başqa bir adamın vasitəsilə özünə obyekt tikdirir. Əlimdə fakt yoxdur, amma bilirəm ki, həmin obyektdə adı hallanan adamın orada heç nəyi yoxdur. Bütün Ağsunu həmin adamın adına alıblar. Yəni bu kimi qanunsuz işlər görürlər. Sökülən obyekt sahiblərinə deyirlər ki, yeni layihə veririk, yenidən tik. Təqdim olunan layihədə bünövrə 80 santimetrdir. Mənim tikdiyim obyektin bünövrəsi isə 3 metr dərinliyində idi. Əgər bunu tikəcəkdimsə, yaxşını niyə sökürdün? Mənə ziyan vurmağa görə?”

Asif Cəfərov

Asif Cəfərov

Источник: Meydan TV

Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-158-ci kilometrini təşkil edən Ağsu dolaylarında yerləşən 36 iaşə obyektinin 20-dən çoxu söküldüyü deyilir. Sahibkarlar bununla bağlı bir çox qurumlara müraciət edib:

“Ombudsman Aparatına, Prezident İlham Əliyevə millət vəkilləri Zahid Oruca, Tahir Kərimliyə, Baş Prokurorluğa müraciət etmişəm. Hansı quruma məktub yazmışam, Ağsu Rayon İcra Hakimiyyətinə göndərirlər. Belə olan halda problemimiz necə həll ediləcək? Üstümə yeddi-səkkiz dəfə məktub göndərib ki, sizin obyekti sökməmişəm. Deyir ki, Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi söküb. Birlik sənə tabe olan qurumdur, özbaşına deyil. Sökəndə dedi ki, tapşırığı icra başçısı verib. Adama deyən gərək, pandemiya dövründə sənin prezidentin onlayn çıxışlar edir, nazirlərə tapşırıq verir. Sən Banqladeşin prezidentinin qanunlarına tabe olursan, yoxsa Azərbaycanın? Görün, kimlərə tabe olmuşuq, bizi kimlər idarə edir?”.

İcra Hakimiyyətinin sərəncamı

İcra Hakimiyyətinin sərəncamı

Источник: Meydan TV

Meydan TV məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Qurumun İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Ceyhun Hasılov bildirib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-158-ci kilometrini təşkil edən Ağsu dolaylarında sahibkarlıq obyektlərinin yenidən qurulması təhlükəsizlik baxımından zəruridir:

“14 kilometrlik dolaylarda 17 sürüşmə zonası var və hətta 147-149-cu kilometrlərdə yolda və ərazinin iki yerində sürüşmə ikitərəflidir. 36 sahibkarlıq obyektinin 17-si məhz sürüşmə zonasındadır və bu da köhnə tikililər üçün çox təhlükəli idi. Bunun üçün də RİH tərəfindən yeni layihə hazırlanaraq obyekt sahiblərinə təqdim edilib. Onlara tövsiyə olunub ki, iaşə obyektləri dəyişdirilsin və müasir standartlara uyğun olsun. Sahibkarlardan məsələyə narazılıq edən olmayıb. Yalnız bir vətəndaş Asif Cəfərov Əlisa oğlu bir neçə dəfə məsələ ilə bağlı müraciət edib. Onun obyektinin sökülməsi, yaxud kim tərəfindən sökülməsi ilə bağlı məlumat yoxdur. Həmin avtomobil-magistral yolu boyunca olan bütün iaşə obyektləri turizm kontekstinə uyğun olaraq yenilənəcək”.

Zərərçəkən bildirir ki, ailəsinə məxsus, daha dəqiq Nüşabə Əlisa qızı Cəfərovanın adına rəsmiləşdirilən “Orxan” iaşə obyekti qanunsuz olaraq sökülüb

Zərərçəkən bildirir ki, ailəsinə məxsus, daha dəqiq Nüşabə Əlisa qızı Cəfərovanın adına rəsmiləşdirilən “Orxan” iaşə obyekti qanunsuz olaraq sökülüb

Источник: Meydan TV

"Hətta Ağsu dolaylarında meşəni yandırdılar ki, yəni buradan rədd olub gedin”

"Hətta Ağsu dolaylarında meşəni yandırdılar ki, yəni buradan rədd olub gedin”

Источник: Meydan TV

"İcra başçısı obyekt sahiblərini bir-bir kabinetinə çağırırdı"

"İcra başçısı obyekt sahiblərini bir-bir kabinetinə çağırırdı"

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/mgipeu

Самое читаемое