Источник: Meydan Tv

“Hökumətin söz azadlığı barədə danışmağa dili olmamalıdır”

Статья обновлена:  12 Сентябрь 2019

Əli Həsənov söz azadlığından, sosial şəşbəkələrdə yazılanlardan danışdı

“2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsindən milyonlar ayrılıb. Prezidentin sərəncamları ilə jurnalistlər üçün iki bina tikilib. Üçüncü də tikilir. Yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları alıb”.

Bunu sentyabrın 12-də Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov deyib.

KİV-in inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir”

Əli Həsənov bütün bunları Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığına töhfəsi kimi qiymətləndirib. KİV-in inkişafının təmin edilməsinin dövlət siyasətinin əsas istiqaməti olduğunu deyib:

“Var olan KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlət siyasətini, beynəlxalq xəbərləri sərbəst və müstəqil araşdırır. Əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. Onların informasiyaları sərbəst yaymaq, iqtidarın siyasətini tənqid etmək və ya dəstəkləmək imkanı var”.

Azərbaycan KİV sayına görə MDB və Şərqi Avropada birincilər sırasındadır”

Prezidentin köməkçisi hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 5000-dən çox KİV-in olduğunu, onların kəmiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasında olduğunu söyləyib:

“Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası, 14 radio var”.

“Ölkədə transmilli media qurumların verilişlərinin yayımlanmasına da qadağa yoxdur”

Əli Həsənov bu qədər media qurumun olmasını ölkədə azad sözə və fikrə əhəmiyyət verildiyinin göstəricisi hesab edir:

“Hətta transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur. Eyni zamanda, vətəndaşların “Facebook”, "Twitter", “Youtube”, “İnstagram” kimi sosial şəbəkələrə sərbəst çıxışı var. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən çoxdur. Bu, 10 milyon əhalisi olan bir ölkə üçün böyük göstəricidir”.

Sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti alçaldılır”

Əli Həsənov əlavə edib ki, sosial şəbəkələrin meydana gəlməsi həm söz və fikir azadlığına töhfədir, həm də bəzən xoşagəlməz vəziyyət yaradır:

“Sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir. Bu isə insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır”.

Azad media mühiti olmadığı üçün sosial şəbəkələr inkişaf edib”

Media üzrə ekspert Ələsgər Məmmədli Meydan TV-yə bildirib ki, Azərbaycanda sosial şəbəkələrin geniş inkişaf etməsinin əsas səbəbi azad media mühitinin olmamasıdır:

“Azad media mühiti hökumətin nəzarətindədir, daraldılıb. Buna görə vətəndaş obyektiv informasiyanı sosial şəbəkə üzərindən alır”.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli

Источник: Meydan Tv

Azad media mühiti sıxışdırılıb”

Ekspert bildirir ki, bəli, bu, doğru təsbitdir ki, sosial şəbəkələr ictimai rəyin formalaşdırılmasında konkret rol oynayır:

“Azad media mühiti sıxışdırılanda, təbii, bu, belə olacaq. Əli Həsənov açıqlamasında sosial şəbəkə üzərində guya şərəf və ləyaqəti alçaldan və insanları hədəfə alan məqamlar olduğunu deyir. Bu, normal cəmiyyətdə də var. Sosial şəbəkədə olması da mümkündür. Buna qarşı qanunvericilikdə çox aydın normalar var”.

Hökumət sosial şəbəkədə ifadə azadlığını hədəfləyən “qeyri-qanunvericilik” inkişaf etdirib”

Ələsgər Məmmədli deyir ki, Azərbaycan hökuməti xüsusən, 2017-ci ildən etibarən sosial şəbəkədəki ifadə azadlığını hədəf alacaq xeyli “qanunvericilik” inkişaf etdirib:

“Bu çərçivədə Cinayət Məcəlləsinə 148-1-ci maddəni əlavə edib. Maddənin adı “İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə” adlanır. Bu, bilavasitə sosial şəbəkələrdəki anonim hesablardan insanların şərəf və ləyaqətini alçaldan çıxışlara yönəlik cəzalandırmanı nəzərdə tutur. Qaldı ünvanlı, konkret, adbaad təhqir edilməyə, bu, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsində aydın göstərilib. Ayrıca, “KİV Haqqında” Qanunun 3-cü maddəsi də internet resurslarını KİV hesab edir. O cümlədən burada yayılan təhqir KİV-də yayılan təhqir hesab edilir və 148-ci maddə əsasında tədbir görülür”.

Təhqir olunan məhkəməyə üz tutsun, burada hökumətlik nəsə yoxdur”

Hüquqşünas deyir ki, Azərbaycanda hüquqi mühit imkan verir ki, sosial şəbəkələr üzərində həqiqətən də kimlərsə təhqir olunubsa, məhkəmə müstəvisində işi həll etsin. Burada hökumətin görəcəyi birbaşa iş yoxdur:

“Şəxs təhqir olunubsa, xüsusi ittiham qaydasında şikayət verməlidir. Əgər anonim olubsa, burada hökumətin rolu var. Prokurorluq cinayət işi açmalıdır. Əgər sosial şəbəkə üzərində anonim təhqir varsa və bir tədbir görülmürsə, deməli, prokurorluq öz işini görmür”.

Hökumət milyonları medianın azad olmasına yox, susdurulmasına xərcləyib”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyir ki, Əli Həsənov haqlıdır. Həqiqətən də hökumət media siyasətinə milyonlarla pul xərcləyib. Ancaq bu vəsaitlər medianın azad olmasına yox, susdurulmasına xidmət edib:

“Bu pullar mükafat, ev şəklində verilən rüşvətlərin paylanmasına xərclənib. Odur ki, biz bu pulları azad sözə investisiya kimi qəbul edə bilmərik. Amma pulun xərclənməsi həqiqətdir. Kaş ki o pullar xərclənməyəydi və hökumət ümumiyyətlə mediaya yatırım qoymaq haqqında yox, onun fəaliyyətinə mane olmamaq siyasətini yürüdərdi”.

Xədicə İsmayıl

Xədicə İsmayıl

Источник: Meydan Tv

İnsanlar “Facebook”da yazdıqları sözlərə görə həbs edilirlər”

O ki qaldı internetdəki azadlığa, Xədicə İsmayıl deyir ki, əlbəttə sosial şəbəkələr var, burada insanlar istədiklərini yaza bilirlər. Bu, texniki imkan mövcuddur. Sadəcə yazanda azaddırlar, ancaq yazandan sonra azad deyillər:

“Onlarla cinayət işi, inzibati həbs misal gətirmək olar ki, insanlar sadəcə “Facebook”da yazdıqları sözlərə görə həbs edilirlər. Onlar hüquq-mühafizə orqanları tərəfindən siyasi motivli basqıya məruz qalıblar. Polis, prezident, onun ailəsi, nazirlər və onların ailələri haqqında nəsə yazan adamların inzibati həbsləri barədə onlarla məlumat var”.

Yazdığı statusa görə cəzalanan onlarla adam var”

Xədicə İsmayıl elə bu gün rastlaşdığı bir məhkəmə işi barədə danışır. Deyir, Naxçıvanda qulluq edən bir hərbçi Gəncə hadisələri zamanı “Facebook”da yazdığı və heç bir cinayət tərkibi olmayan bir statusuna görə məhkum olunub. Jurnalist bu halın onlarla olduğunu söyləyir:

“Bildiyimiz və bilmədiyimiz işlər var. Bunlar həbslə və ya şərti cəza ilə nəticələnən konkret cinayət işləridir”.

Azərbaycan söz azadlığı işləri üzrə lider ölkədir”

Xədicə İsmayıl deyir ki, hökumətin söz azadlığı barədə danışmağa dili olmamalıdır:

“Çünki Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarlar içərisində adambaşına düşən söz azadlığı işləri üzrə (10-cu maddə) lider ölkələrdən biridir”.

“Sərhədsiz Reportyorlar” Təşkilatının ən son açıqladığı Dünya Mətbuat Azadlığı indeksində Azərbaycan 180 ölkədə arasında 166-cı yerdədir. Bu, öncəki illə müqayisədə 4 pillə geriləmə deməkdir.

2017-ci ilin mart ayının sonundan isə Azərbaycanda Azadlıq Radiosu, Meydan TV, Turan TV, “Azadlıq” qəzetinin və daha bir neçə müstəqil medianın saytına giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.

Mayın 12-də isə Səbail Rayon Məhkəməsinin qərarıyla bir neçə müstəqil sayt bloklanıb.

Söhbət Azadlıq Radiosunun, “Azadlıq” qəzetinin, MeydanTV-nin, TuranTV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarından gedir.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  12 Сентябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/68nbly

Самое читаемое