Источник: Meydan Tv

Hərbi təlimlərə cəlb olunanlar koronavirus testindən keçirilirmi?

Статья обновлена:  23 Сентябрь 2020

“Onsuz da hərbi əməliyyatlar başlasa, koronavirus qaydalarına əməl etmək real döyüş şəraitində qeyri-mümkün olacaq”

Sentyabrın 21-dən ehtiyatda olan hərbçilər qeydiyyatda olduqları hərbi komissarlığa çağırılıblar. Hərbi təlimlərin karantin qaydaları çərçivəsində aparılması müəyyən suallar yaradıb. Məsələn, təlimlərə çağrılanların səhhəti yoxlanılıbmı? Onlar koronavirus testindən keçibmi?

Meydan TV suallara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab ala bilməyib. Qurum açıqlama vermək istəməyib.

Hazırda təlimə qatılan iki ehtiyatda olan zabit testdən keçirilmədiyini deyir. Daha bir oxucu isə Meydan TV-yə bildirib ki, 2 həftəlik karantin rejimində olsa da, onu təlimlərə çağırırlar.

Azad İsazadə

Azad İsazadə

Источник: Meydan Tv

Yaranan sualları Meydan TV-yə şərh edən hərbi ekspert Azad İsazadə xatırladıb ki, iyulun 1-də hərbiyə getməli olan gəncləri orduya çağırıb-çağırmamaq müzakirə mövzusu idi. Ancaq bu məsələ təkcə Azərbaycanda müzakirə edilmirdi:

“İndi də seçim qarşısındayıq. Çünki Azərbaycanın ərazilərini işğal edən Ermənistan hərbi təlimlər keçirir. Hətta bu ölkənin Baş nazirinin xanımı qadınları hərbi təlimlərə dəvət edib. Belə olanda, Azərbaycan hansısa mövqe nümayiş etdirməlidir. Sözsüz ki, koronavirus təhlükəsi də var, amma Ermənistanın da təxribatı mümkündür, 12 iyulda bunu yaşadıq. Ona görə ehtiyatda olan və hərbi təcrübəsi olanları müvəqqəti təlimlərə çağırırlar. Onsuz da hərbi əməliyyatlar başlasa, koronavirus qaydalarına əməl etmək real döyüş şəraitində qeyri-mümkün olacaq”.

Azad İsazadə hesab edir ki, hərbi təlimlərə gedənləri iki həftə katantində saxlamalı olacaqlar:

“Onların hamısından test götürülməsi mümkün olmasa da, istilikləri nəzarətdə saxlanılacaq. Bütün hallarda mən real təhlükə görmürəm. Həm də bu ilin sonuna qədər Ermənistanın cəbhə istiqamətində hansısa hücumlar edəcəyinə inanmıram. Amma onlar real hərbi təlimlər edirlər deyə, Azərbaycan buna cavab verməlidir. Adi bir misal, Litva və Polşa Belarusla hərbi münaqişə şəraitində deyil, amma həmin dövlətlər hərbi təlimlərə başlayan kimi Lukaşenko da bu istiqamətdə addımlar atdı. Yaxud NATO hərbi təlim keçirəndə, Rusiya həmin əraziyə yaxın yerlərdə hərbi təlimlərə start verir. Çünki hesab edirlər ki, təlimlər hücuma çevrilə bilər, hazırlıq görürlər. Bunlar adi qayda olduğundan, bizdə də ondan istifadə edirlər”.

Ramaldanov

Ramaldanov

Источник: Meydan Tv

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ASQ-nin ehtiyatda olan polkovniki Şair Ramaldanov hərbi təlimlərə aparılan insanların maska taxdığını xatırladaraq koronavirus təhlükəsinə qarşı müəyyən tədbirlərin görüldüyünü bildirib:

“Bundan əlavə, texniki vasitələr dezinfeksiya olunub. Eyni zamanda, hərbi təlimlərdə də müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Onsuz da koronavirusa baxmayaraq, Azərbaycan ordusunda müəyyən təlimlər keçirilib”.

Şair Ramaldanov bildirib ki, son iki gündə koronavirusa yoluxanların sayında enmə müşahidə edilir:

“Həm də təlimlərə aparılanların əksəriyyəti rayonlardandır. Bölgələr də yaşıl və sarı rejimə keçib. Şəhərlərə gəlincə, koronavirusa qarşı müəyyən tədbirlər görülüb, gələnlərlə də sorğu-sual aparılır. Hansısa təhlükə varsa, onlar əsaslı şəkildə tibbi yoxlanışdan keçirilir”.

Adil Qeybulla

Adil Qeybulla

Источник: Meydan Tv

Professor Adil Qeybulla hərbi təlimlərin karantin tədbirləri çərçivəsində həyata keçirilməsini vacib sayır:

“Təlimə qatılanların sosial məsafəni gözləməsi, gigiyena qaydalarına riayət etməsi çox vacibdir. Hərbi təlimlər açıq havada keçirilirsə, ciddi problemi yoxdur. Amma qapalı yerdə hər hansı təlim istər-istəməz karantin qaydaları şəraitində baş tutmalıdır. Mümkün qədər karantin qaydalarına riayət olunmalıdır, amma təhlükəsizliyi nə qədər gözləmək mümkündürsə...”.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Yerli sakinlərin verdiyi məlumata görə, sentyabrın 20-də saat 23 radələrində sərhəddən yarım saata yaxın atəş səsləri eşidilib. Rəsmilər bu barədə açıqlama yaymayıb.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  23 Сентябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/kvlli3

Самое читаемое