Həftəsonu daha 38 nəfər koronavirusdan öldü

O cümlədən, ötən müddətdə 1 milyon 718 min 235 testin aparıldığı qeyd edilib

Source: Reuters


Yeni yoluxma sayı 4170 oldu

Noyabrın 29-da Azərbaycanda 38 xəstə COVİD-19 infeksiyasından ölüb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 4170 adamın yeni koronavirusa yoluxduğunu, 1985 nəfərin müalicə olunaraq sağaldığını bildirib.

Operativ qərargah indiyə qədər 118 min 195 nəfərin yeni koronavirusa yoluxduğunu xatırladıb:

“Onlardan 73 min 676 nəfər müalicə olunaraq sağalıb, 1361 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 43 min 158 nəfərdir”.

O cümlədən, ötən müddətdə 1 milyon 718 min 235 testin aparıldığı qeyd edilib:

“Bugünkü test sayı isə 17 min 581-dir”.

Ana səhifəSosialHəftəsonu daha 38 nəfər koronavirusdan öldü