Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb

Mart ayında o və onun şəriki ABŞ prokurorları tərəfindən ABŞ-ın xarici korrupsiya qanunlarını pozduğuna görə ittiham edilib.

Source: AFP


Mangeat müvəkkilinin həbsxanadakı şərtlərinin “dözülməz” olduğunu bəyan edib

Özbəkistan hakimiyyəti mərhum prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya hüquqi məsləhət verən isveçrəli vəkili etikanı pozmaqda günahlandırıb və ölkəyə girməsinə mane olub, – RFE/RL xəbər verir.

Dekabrın 11-də RFE/RL-ə verdiyi açıqlamada Gregoire Mangeat Özbəkistanın iddialarını təkzib edib və deyib ki, baş verənlər hakimiyyətin Daşkənd bölgəsindəki həbsxanada saxlanılan Kərimovaya sərt münasibət göstərmələrindən diqqəti yayındırmaq cəhdidir.

Mangeat və Özbəkistan hakimiyyəti arasındakı çəkişmə Kərimova dastanında baş vermiş son hadisələrdəndir. Kərimova bir zamanlar iş qadını olaraq elit cəmiyyətin parlayan siması olub. O, özünü bir çox sahədə önə atdığı kimi, pop müğənni olaraq da sınayıb. 2014-cü ildə ölkənin prezidenti və onun atası vəfat etdikdən sonra Kərimova ictimai səhnədən yox olub.

Kərimova 2000-ci illərin sonu, 2010-cu illərin əvvəllərində Özbəkistanda fəaliyyətə başlamaq istəyən çoxmillətli telekommunikasiya şirkətlərilə bağlı rüşvət və korrupsiyada ittiham olunur və 2015-ci ildən bəri Özbəkistanda ev həbsində saxlanılır.

Mart ayında o və onun şəriki ABŞ prokurorları tərəfindən ABŞ-ın xarici korrupsiya qanunlarını pozduğuna görə ittiham edilib.

İttiham aktının elan olunmasından bir neçə gün əvvəl Özbəkistan hakimiyyəti onun ev dustaqlığının şərtlərini pozduğunu iddia edib və onu qadın həbsxanasına köçürüb.

Avqust ayında prokurorlar onu iki dövlətə aid sement zavodu ilə əlaqəli yeni cinayət istintaqına cəlb ediblər.

Bu arada İsveçrə prokurorluğu da Kərimovanın İsveçrədəki bank hesablarında saxladığı yüz milyonlarla dollarla bağlı paralel cinayət işi başladıb.

İsveç hakimiyyəti Daşkəndlə razılığa gəldiyini bildirib və deyib ki, Kərimovaya aid 500 milyon dollardan çox pulu Özbəkistana göndərmək fikrindədir.

Lakin İsveçrə məhkəməsi tərəfindən Kərimovanı təmsil etmək üçün təyin edilmiş və əvvəllər Kərimova ilə həbsxanada görüşən Mangeat deyib ki, İsveçrə hakimiyyəti Özbəkistanla danışıqları dayandırıb.

Elə həmin ay o, Kərimovanı görmək üçün Daşkəndə getdiyini deyib, lakin həbsxana müdiri bu görüşə maneə törədib. Bundan sonra Mangeat müvəkkilinin həbsxanadakı şərtlərinin “dözülməz” olduğunu bəyan edib.

O deyib ki, oktyabr ayında Özbəkistan hakimiyyəti onun Kərimovayla görüşmək tələbini rədd edib. Onun son müraciəti yanvar ayında olub.

Lakin dekabrın 10-da Özbəkistan Baş Prokurorluğu Mangeatı İsveçrənin başlatdığı ittihamlara deyil, Kərimova qarşı qaldırılmış ittihamlara yönəltməklə öz peşə etikasını pozmaqda ittiham edib.

Açıqlamada onu həbsxana haqqında “yalan məlumat” yaydığı bildirilib.

Mangeat ittihamları rədd edir və özbək müstəntiqlərinin "qanunsuz fəaliyyəti", məhkumlara qarşı tətbiq olunan “ədalətsiz məhkəmə işləri” ilə bağlı tənqidlərini vurğulayır.

Ana səhifəDünyaGülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb