Gənc fəal “təhsil məhbusu” oldu

Aksiyaçılar polis təzyiqi ilə üzləşiblər.

Foto: Rüstəm İsmayılbəylinin şəxsi arxivi


Rüstəm İsmayılbəyli inzibati həbs cəzası aldı

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti günün ikinci yarısında aksiyada saxlanılar haqqında məlumat yayıb.

Mətbuat xidməti saxlanılan aksiya iştirakçılarının Nərimanov Rayon Məhkəməsinə aparıldığını qeyd edib:

“7 nəfərdən 6-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) maddəsi ilə inzibati hüquqpozma haqqında protokol tərtib edilib. Onlar 100-200 manat cərimələnərək sərbəst buraxılıblar. Rüstəm İsmayılbəyli haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələri ilə 15 sutka inzibati həbs cəzası çıxarılıb”.


İyunun 1-də

bir qrup tələbə və ictimai fəal COVİD 19 pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin dövründə təhsil haqlarının tələb edilməsinə qarşı çıxıb, bununla bağlı Təhsil Nazirliyi qarşısında aksiya keçirib. Aksiyaçılar polis təzyiqi ilə üzləşiblər.

Ana səhifəSosialGənc fəal “təhsil məhbusu” oldu