İlham Əliyev

Источник: google

Оглавление: İlham Əliyev

Gələn il ən çox artım fiziki şəxslərin ödədiyi gəlir vergisində gözlənilir

Статья обновлена:  18 Октябрь 2019

Səhiyyəyə, sosial müavinət və təqaüdlərə ayrılan vəsait artırılır

Növbəti il təhsil, səhiyyə və sosial müdafiəyə ayrılacaq vəsait açıqlanıb. 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənədlərə əsasən, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon vəsait nəzərdə tutulub.

Bu, 2019-cu illə müqayisədə 2127,6 milyon manat və ya 33,9 faiz çoxdur.

Həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,2 faiz, ÜDM-ə nisbətən 10,1 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə müvafiq olaraq 6,3 faiz-bənd və 2,2 faiz-bənd çoxdur.

2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1929,2 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1,9 dəfə çoxdur.

Televiziya, radio və nəşriyyat xərclərinə büdcədən 52 milyon manat ayrılacaq

2020-ci ilin dövlət va icmal büdcələrində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz olmaqla, mütləq ifadədə 439,2 milyon manat təşkil edəcək. Bu məbləğ isə 2019-cu illə müqayisədə 99,6 milyon manat və ya 29,3 faiz çoxdur. Həmin vəsaitin 178,1 milyon manatı və ya 40,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlarinin maliyyə təminatına) xərclərinə, 52,0 milyon manatı və ya 11,9 faizi televiziya, radio və nəşriyyat xərclərinə ("Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi və s.), 55,1 milyon manatı və ya 12,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə (beynəlxalq və respublika səviyyəli idman və gənclər siyasəti tədbirlərinin keçirilməsinə), 154,0 milyon manatı və ya 35,1 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı (mədəniyyət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı xərclər, qeyri-dövlət təşkilatlarına maliyyə yardımı, diasporaya dəstək, Heydər Əliyev Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və bu qabildən olan digar mərkəzlərin saxlanılması, Mənəvi Dəyərlərin Təbliği Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və s.) xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Büdcədən gələn il üçün səhiyyəyə ayrılan vəsait 326,5 milyon artırılır

2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 369 milyon manat vəsait ayrılıb. Bu vəsait 2019-cu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz çoxdur.

Sənədə əsasən, 2020-ci ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində 5,1 faizini təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,0 faiz - bənd çoxdur. Bu il dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 42 milyon 500 min manat proqnozlaşdırılıb.

"AZAL", Bakı Metropoliteni” və “Azərkosmos”a büdcədən 78 milyon manat ayrılacaq

2020-ci il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 693,5 mln. manat vəsait nəzərdə tutulub. Bu, dövlət büdcəsi xərclərinin 2,6 faizini təşkil edir. Növbəti il dövlət büdcəsinin iqtisadi fəaliyyətlə bağlı xərclərində nəzərdə tutulan vəsaitin 302,7 mln. manatı nəqliyyat və rabitə xərclərinə, 78,7 mln. manatı iqtisadi və kommersiya fəaliyyətinə, 1,6 mln. manatı tikinti xərclərinə, 17,3 mln. manatı geodeziya və faydalı qazıntılar xərclərinə, 4,7 mln. manatı yanacaq və enerji kompleksi xərclərinə, 1,5 mln. manatı iqtisadi fəaliyyət sahələri üzrə tətbiqi tədqiqatlar xərclərinə, 287 mln. manatı iqtisadi fəaliyyətlə bağlı digər xidmətlərin maliyyə təminatı üçün proqnozlaşdırılır.

Nəqliyyat və rabitə xərcləri üçün 2020-ci il dövlət büdcəsindən 302,7 mln. manat vəsait proqnozlaşdırılır. Həmin məbləğdən (subsidiya və nizamnamə kapitalının artırılması) “Azərbaycan Hava Yolları” QSC üçün 10 mln. manat (Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə yaranan zərərin ödənilməsi ilə bağlı xərclər), “Bakı Metropoliteni” QSC üçün 40 mln. manat, “Azərkosmos” ASC üçün 28 mln. manat, dövlət orqanlarına proqram təminatının alınması ilə bağlı xərclər üçün 40,5 mln. manat, dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün 52,7 mln. manat, digər təbirlərlə bağlı xərclər üçün 65,5 mln. manat vəsait nəzərdə tutulub.

Gələn il investisiya xərcləri və ARDNF-dən büdcəyə transfertlər azalacaq

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrində Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşunun 4 milyard 909 milyon manat proqnozlaşdırılır ki, bu da bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 23% azdır.

Sənədə əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 384,1 mln. manat nəzərdə tutulur. ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11,560 mlrd. manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 4,3 mln. manat azdır.

ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11,350 mlrd. manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 mln. manat və ya 0,1% azdır.

Gömrük Komitəsi və Vergilər Nazirliyinin büdcə öhdəlikləri artırılır

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard manat vəsait daxil olacağı gözlənilir. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 8% çoxdur.

Gələn il ən çox artım yol vergisində gözlənilir. Bu istiqamətdə daxilolmaların illik müqayisədə 40,6% artaraq 45 milyon manat olacağı nəzərdə tutulub. Əlavə dəyər vergisi üzrə daxilolmaların 13,2% artaraq 2 705 milyon manat, gömrük rüsumları üzrə daxilolmaların 5,6% artaraq 950 milyon manat, aksizlər üzrə daxilolmaların isə 21,1% azalaraq 300 milyon manat olacağı proqnozlaşdırılır.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 785 milyon manat vəsait daxil olacağı gözlənilir ki, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 7,6% çoxdur.

Gələn il ən çox artım fiziki şəxslərin ödədiyi gəlir vergisində gözlənilir.

Bu istiqamətdə daxilolmaların illik müqayisədə 33,5% çox – 1 175 milyon manat olacağı nəzərdə tutulub. Aksiz vergisi üzrə daxilolmaların 24,4% artaraq 749 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmaların 18% artaraq 380 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmaların 12,5% artaraq 2 030 milyon manat, mədən vergisi üzrə daxilolmaların 1,1% artaraq 134,5 milyon manat, əmlak vergisi, dövlət rüsumu və torpaq vergisi üzrə daxilolmaların isə dəyişməyərək müvafiq olaraq 211 milyon manat, 190 milyon manat və 45 milyon manat olacağı proqnozlaşdırılır.

Əvəzində mənfəət vergisi üzrə daxilolmaların 0,5% azalaraq 2 656,5 milyon manat, yol vergisi üzrə daxilolmaların 7,3% azalaraq 76 milyon manat, sair daxilolmaların isə 39,5% azalaraq 228 milyon manata olacağı gözlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin öhdəlikləri isə dəyişməz qalıb. ƏMDK xətti ilə dövlət büdcəsinə 8 milyon manat vəsait daxil olacağı gözlənilir ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə eynidir.

Gələn il ƏMDK-ya aidiyyəti olmayan büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 34% artaraq 839,5 milyon manat, sair daxilolmaların isə 59% azalaraq 62 milyon manat olacağı proqnozlaşdırılır.

Sosial müavinətlər və təqaüdlərə 3.2 milyard manat ayrılır

2020-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 milyard 244 milyon 600 min manat vəsait proqnozlaşdırılıb. Bu, 2019-cu illə müqayisədə 770,5 mln. manat və ya 31,1% çoxdur.

Bu istiqamət üzrə xərclər növbəti ilin dövlət büdcəsi xərclərinin 12,1 faizini təşkil edəcək. Bu, 2019-cu illə müqayisədə 2,3 faiz bəndi çoxdur. ÜDM-ə nisbətən həmin xərclər 3,9% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 0,8 faiz bəndi çoxdur.

Vəsaitin 1 milyard 426 milyon 900 min manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu da 2019-cu illə müqayisədə 74,2 mln. manat və ya 5,5% çoxdur.

2020-ci ildə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün sosial müdafiə və sosial təminat xərclərindən 1 398,4 mln. manat vəsait sərf ediləcək ki, bu da 2019-cu illə müqayisədə 716,1 mln. manat və ya 2 dəfə çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin maliyyə təminatı üçün 26,5 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 4,5 mln. manat və ya 20,7% çoxdur.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri 128,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 29,7 milyon manat və yaxud 30,2% çoxdur.

Büdcədə 6 universitet üçün 45,8 milyon manat vəsait nəzərdə tutulub

2020-ci ilin dövlət büdcəsi layihəsində elm xərclərinə 193,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə 57,4 milyon manat və ya 42,1 faiz çoxdur.

Təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacağı gözlənilir ki, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb.

Təhsil xərcləri üçün ayrılan vəsaitin ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması nəzərdə tutulub.

Layihəyə əsasən, 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, həmçinin İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və onun tərkibində Tədris-Simulyasiya Mərkəzinin yaradılmasının maliyyə təminatı üçün 45,8 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2019-cu illə müqayisədə 7,9 milyon manat və ya 20,8 faiz çoxdur.

2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 3,3 milyon manat və ya 14,7 faiz çoxdur.

Təhsil xərcləri üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Ayrılan vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsili pillələri üzrə xərclərə (2019-cu il mart ayının 1-dən təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil və təqaüd xərcləri, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərcləri nəzərə alınmaqla) ayrılacaq.

2020-ci ildə təhsil xərcləri üçün ayrılan vəsaitin 507,8 milyon manatı və ya 16,1 faizi bu sahə üzrə müvafiq dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu vəsaitin 332,9 milyon manatı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsili pillələri üzrə xərclərə (2019-cu il mart ayının 1-dən təqaüdlərin məbləğlərinin və təqaüd yerlərinin sayının, habelə tələbə qəbulu yerlərinin sayının artırılması ilə bağlı tələb olunan təhsil və təqaüd xərcləri, ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqı xərcləri nəzərə alınmaqla) ayrılacaq.

Eyni zaman vəsaitin 46,3 milyon manatı dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının saxlanması ilə bağlı xərclərə, 22,6 milyon manatı təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə, 18,3 milyon manatı ümumtəhsil məktəbləri üzrə şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə, 8,0 milyon manatı “Birgə Azərbaycan-Fransız Universiteti UFAZ” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclərə, 3,5 milyon manatı xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə ayrılacaq.

Vəsaitin 1,6 milyon manatı “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə bağlı xərclərə, 7,5 milyon manatı ümumtəhsil məktəblərinin tədris laboratoriyalarına (fizika, kimya, biologiya) avadanlıqların alınması ilə bağlı xərclərə, 6,8 milyon manatı dövlət peşə təhsili müəssisələrində “Həyəcan” düyməsinin quraşdırılması və ona xidmətlə bağlı xərclərə, 8,5 milyon manatı Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsili müəssisələrinə və ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı keçirilən imtahanlarda abituriyentlərin ilk dəfə iştirakı ilə bağlı xərclərə, 1,0 milyon manatı xarici ölkələrin ali təhsil və elmi tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi ilə bağlı xərclərə ayrılacaq.

Bundan əlavə, vəsaitin 0,2 milyon manatı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı xərclərə, 0,9 milyon manatı dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə, 0,3 milyon manatı gənc istedadlar üçün xüsusi təqaüdlərin verilməsi ilə bağlı xərclərə, 1,0 milyon manatı “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı xərclərə, 1,3 milyon manatı İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə bağlı xərclərə, 0,2 milyon manatı dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısamüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlərlə bağlı xərclərə və 45,9 milyon manatı digər təhsil proqram və tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclərə yönəldiləcək.

Olimpiya oyunları üçün büdcədən 10,7 milyon manat ayrılacaq

Gələn ilin dövlət və icmal büdcələrində 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar 10,7 milyon manat vəsaitin ayrılması planlaşdırılıb.

Məbləğin 10 milyon manatı XXXII Yay Olimpiya Oyunlarında hazırlıq və iştirak, 700 min manat vəsait XVI Paralimpiya Oyunlarına qatılmaqdan ötrü nəzərdə tutulub.

Fiziki və əqli qüsurlu idmançıların yarışlarda iştirakı üçün isə 800 min manat ayrıla bilər.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün 8 milyon manat ayrılmışdı.

Naxçıvan Muxtar Respublikasının büdcəsi 25,6 faiz artırılır

Naxçıvan MR-in 2020-ci il üçün büdcəsinin gəlir və xərclərinin 482,1 milyon manat olması proqnozlaşdırılır.

Növbəti ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 98,4 milyon manat və yaxud 25,6% çoxdur.

“Təmiz Şəhər”ə büdcədən 34,8 milyon subsidiya ayrılacaq

2020-ci il dövlət büdcəsində ətraf mühitin və təbiətin mühafizəsi, bioloji zənginliyin qorunması, torpaq və yerquruluşu, hidrometeorologiya, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üzrə xərclər üçün 279,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Bu vəsait 2019-cu illə müqayisədə 71,0 milyon manat və 34,0 faiz çoxdur. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,0 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 0,2 faiz-bənd çoxdur.

Növbəti ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi xərcləri üçün ayrılan vəsaitin 228,3 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi tədbirlərinə, 17,5 milyon manatı meşə təsərrüfatı tədbirlərinə, 12,4 milyon manatı hidrometeorologiya tədbirlərinə, 8,0 milyon manatı bioloji zənginliyin qorunması tədbirlərinə 2,4 milyon manatı balıqçılıq və ovçuluq tədbirlərinə, 11,3 milyon manatı ətraf mühitin mühafizəsi üzrə tətbiqi tədqiqatlar və digər xidmətlər üçün nəzərdə tutulub.

Yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidənqurması və abadlaşdırılması üçün 13,0 milyon manat, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə subsidiya formasında 34,8 milyon manat vəsait ayrılacaq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  18 Октябрь 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/lmm07o

Самое читаемое