Plastik qablar

Источник: Times magazine

Başlıq: Plastik qablar

Gələn aydan birdəfəlik plastik qablardan istifadə olunmayacaq

Статья обновлена:  22 Июнь 2021

Plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq

İyulun 1-dən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların idxalı, istehsalı, istifadəsi qadağan edilir.

Qadağa 2020-ci il noyabrın 26-da “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Prezident İlham Əliyevin imzaladığı fərman əsasında reallaşır.

Dəyişiklikdə bildirilirdi ki, iyulun 1-dən ölkə ərazisində polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların idxalına son qoyulacaq.

Fərmanın müddəaları polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Ekologiya ilə bağlı paylaşımlar edən “Ecofront” səhifəsi bunun çox vacib və təsirli qərar olduğu qənaətindədir. Səhifənin paylaşımında bildirilir ki, dünyada çox az ölkə bu ölçüdə tədbir görüb:

“Qalır buna ciddi nəzarət etmək və keçid prosesini rahatlaşdırmaq üçün alternətivləri və vərdişləri təbliğ etmək. Bu qərarın təşəbbüskarı və dəstəkçilərinə təşəkkür edirik”.

Hələlik, Azərbaycanda ətraf mühiti çirkləndirən, sonadək emal olunmayan plastikə alternativ kimi nədən istifadə ediləcəyi açıqlanmayıb.

2021-ci ildən Avropa Birliyinin bir çox ölkəsində də birdəfəlik plastik qablara, plastik paketlərə, pambıqlı çöplərə, plastik çöplərə tam qadağa qüvvəyə minir. Kaliforniyada isə belə bir qadağa çoxdan var və restoranlarda içkilərin plastik çöplərlə verilməsi yasaqlanıb.

Bu təşəbbüslərin müəllifləri deyirlər ki, hətta plastik zibil emalı texnologiyasının inkişaf etdiyi AB ölkələrində belə plastik tullantılar yalnız 25 faizi emal olunur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  22 Июнь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ypixgu

Самое читаемое