Fikrət Qoca vəfat edib

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, – o deyib

Source: Specify Source


Xalq şairi I Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca uzun sürən xəstəlikdən vəfat edib.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Report”a bildirib ki, mərhum I Fəxri xiyabanda dəfn olunacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, – o deyib.

X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

Fikrət Qoca 1935-ci ildə Ağdaş rayonunda doğulub.

Ana səhifəMədəniyyətFikrət Qoca vəfat edib