Fars rejissor təyyarə qəzasında həyatını itirənlərə görə Fəcr festivalından imtina edib

“Mən hər zaman xalqımın yanındayam”

Source: Specify Source


“Başsağlığı olaraq filmimin festivalda iştirakını istəmirəm”

Fars rejissor Məsud Kimyai ölkəsinə etiraz olaraq Beynəlxalq Fəcr Film Festivalında iştirakdan imtina edib.

NTV

-nin məlumatına görə, rejissor İran Silahlı Qüvvələri Baş Qərargahının “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin səhvən raketlə vurduğunu etiraf etməsinə bu cür reaksiya verib.

“Xalqım ağır günlərini yaşayır. Mən hər zaman xalqımın yanındayam. Başsağlığı olaraq filmimin (“Khoon shod”, 2019) Beynəlxalq Fəcr Film Festivalında iştirakını istəmirəm. Həmin təyyarədəki insanlar sadəcə sərnişinlər idi”, – Məsud Kimyai bildirib.

Yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfər sərnişin həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.

İran Silahlı Qüvvələri Baş Qərargahı “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin səhvən raketlə vurduqlarını bildirib.

Ana səhifəMədəniyyətFars rejissor təyyarə qəzasında həyatını itirənlərə görə Fəcr festivalından imtina edib