”Əsgərin ayaqları Nəsiminin dərisi kimi soyulub”

4 ay əvvəl əsgər gedən Fəhmin Əbilovun bu gün geriyə cənazəsi gətirilib. Xidmət etdiyi Beyləqan rayon “N” saylı hərbi hissədən yaxınlarına əsgərin özünü öldürdüyü deyilib. Yaxınları isə deyilənlərə yox, öz gözləri gördüklərinə inandıqlarını deyirlər. Onlar əsgərin cənazəsini Bakıya tibbi ekspertizaya gətiriblər.

“Bizə dedilər ki, güllə boğazından dəyib, beyin nahiyəsindən çıxıb. Meyiti də açmağa qoymurdular. Deyirdilər, biz yumuşuq, aparın basdırın. Amma biz buna razı olmadıq. Meyiti açıb gördük ki, ayaqları Nəsiminin dərisi kimi soyulub. Başı nahiyəsi soyulub. Böyürlərində xəsarətlər var. Kömür kimidir barmaqları. Biz onlara göstərəndə, dedilər, biz bilmirik, heç nə deyə bilmərik”-ölən əsgərin qohumu Seymur Hacımirzəyev deyir.

“Heç biri şikayəti yox idi. Ancaq təzə komandir gəlib. Atasına həmin komandirdən narazılıq edib. Bu barədə yaxşı danışmayıb atası ilə”,- Seymur Hacmirzəyev deyir.

“Tələbimiz odur ki, hadisə necə olub, tam təfərrüfatı ilə araşdırılsın. Özümüz öz dərdimizə şərik çıxaq” – Vüsal Qafarovun sözləridir.

Lerik rayonu, Kıncıvo kənd icra nümayəndəsi Elxan Aslanov hadisəni təsdiqləyib.

“Hələlik, araşdırma gedir. Mərhumun meyiti kənddədir, ancaq dəfn edilməyib. Ekspertiza təyin edilib, meyidə baxış keçirilib. Ailəsi uşağın özünü öldürməsinə inanmır. Buna görə ekspertiza təyin edilib”.

Müdafiə Nazirliyinin mətbuat xidməti zənglərimizə cavab verməyib.

Ana səhifəVideo”Əsgərin ayaqları Nəsiminin dərisi kimi soyulub”