Paşinyan

Источник: Reuters

Başlıq: Paşinyan

Ermənistan tərəf 1009 hərbçisini itirdiyini deyir

“Azərbaycanın hərbi qazancı diplomatik həll yolunu çətinləşdirə bilər”

İki uğursuz Rusiya dəstəkli humanitar atəşkəsdən sonra Azərbaycan və Ermənistan Xarici işlər nazirləri bu həftəsonu Vaşinqtonda görüşüb növbəti atəşkəsə razılıq versələr də, tərəflər arasında döyüşlər səngimək bilmir.

Ermənistan dünən gecə Dağlıq Qarabağla İran sərhədi arasındakı strateji şəhər Qubadlıdan geri çəkildiyini etiraf edib.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovannisyan bazar ertəsi günü keçirdiyi mətbuat konfransında etnik erməni qüvvələrinin “lazımsız itkilərin qarşısını almaq üçün” Dağlıq Qarabağın cənubundakı Qubadlıdan çıxdığını təsdiqləyib.

“Reuters” xəbər verir ki, bu, ABŞ-ın vasitəçiliyi ilə yeni atəşkəsin bir ay davam edən döyüşlərə son qoymadığını və Azərbaycanın bölgədə açıq hərbi üstünlük əldə etdiyini göstərir.

Azərbaycan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və Madagiz (Suqovuşan-yeni adı) kimi Qarabağ ətrafındakı şəhərlərin azad edildiyini bəyan edib.

“Azərbaycanın hərbi qazancı diplomatik həll yolunu çətinləşdirə bilər”,- agentlik bildirib.

Azərbaycan etnik ermənilərin Qarabağ üzərində nəzarəti əlində saxlaması təklifini rədd edir və ərazi bütövlüyünü təmin edəcəyini qeyd edir. Ermənistan isə Qarabağın əhalisi üçün tarixi vətən olduğunu bildirir və bu səbəbdən ərazidən geri çəkilməyəcəyini deyir.

Dağlıq-Qarabağ beynəxalq hüquqa görə Azərbaycanın tərkibində olmasına baxmayaraq, 1990-cı ilin əvvəllərində başlamış müharibədən sonra Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib.

Hər iki tərəf atəşkəs razılaşmasına baxmayaraq çərşənbə axşamı səhər saatlarında cəbhənin bir neçə hissəsində döyüşlərin davam etdiyini bildirib.

Dünən xalqa müraciət edən Prezident İlham Əliyev atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğunu, buna baxmayaraq orduya təmkinli olmasını tapşırdığını bildirmişdi. Ermənistanın Baş naziri Nikol Paşinyan da “Facebook” hesabında ölkənin humanitar atəşkəsə sadiq qalacağını vurğulamışdı.

Bir aydır davam edən döyüşlərin 1990-cı illərin müharibəsindən sonra ən təhlükəli səviyyəyə çatdığı bildirilir. Ermənistan silahlı qüvvələri indiyədək 1009 hərbçisinin öldürüldüyünü bildirib. Azərbaycan tərəf itirdiyi hərbçilərlə bağlı rəsmi açıqlama verməyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/zbde35

Самое читаемое