Yerevanda mitinq, 1 mart, 2021

Источник: Kavkazski uzel

Başlıq: Yerevanda mitinq, 1 mart, 2021

Ermənistan müxalifəti Baş nazirə qarşı, orduda fikirlər haçalanıb

Ermənistanda siyasi böhran daha da dərinləşib: martın 9-u axşam saatlarından başlayaraq, müxalifət parlamentin bütün girişlərini kəsib və Baş nazirin istefasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Müxalifətçilər bəyan ediblər ki, yalnız tələbləri həyata keçirildikdən sonra binanın girişlərindən çəkiləcəklər.

Lakin martın 10-u Baş nazirin deyil, onun əsas opponentlərindən birinin – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefası ilə başladı.

Ordu da müxalifət kimi Baş nazirin istefasını tələb edirdi. Paşinyansa bunu çevriliş cəhdi kimi qiymətləndirdi və Baş Qərargahın rəhbəri Onik Qasparyanı işdən çıxardı. Bu, müxalifətlə hakimiyyət arasındakı qarşıdurmanı daha da gücləndirdi.

“Kavkazski uzel”in qiymətləndirməsinə görə, Ermənistanda elitin, o cümlədən hərbçi və siyasətçi xəttin parçalanması sonuncu Qarabağ müharibəsindən əvvəl də mövcud idi. Sarkisyan və Paşinyanın “İskəndər”lər haqda söylədiklərindəın sonra bu gərginlik öz yerini açıq münaqişə ilə əvəzlədi. Ordunun Baş nazirin istefası tələbinə səbəbsə Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın işdən çıxarılması oldu (bu, fevralın 24-ü baş verib). Belə ki, o, Baş nazirlə açıq mübahisəyə girmişdi. Həmin vaxt 40 zabit və Baş Qərargahın rəhbəri Paşinyana qapını göstərmişdi.

Bununla yanaşı, Ermənistanın Müdafiə Nazirliyi münaqişədən kənar qalmış və ölkənin silahlı qüvvələrini siyasi prosesələrə sürükləməməyi tələb etmişdi.

SQ-in rəhbərinin işdən çıxarılması qərarını məhkəmədə dəyişməyə çalışırlar – Onik Qasparyan özü inzibati məhkəməyə müraiət edib, Ermənistan Prezidenti Armen Sarqsyan isə Konstitusiya Məhkəməsinə üz tutub. Müxalifət hesab edir ki, prezidentin bu hərəkəti uğurla nəticələnə bilər.

Parlamentə girişlər əvvəlki kimi bağlıdır, müxalifətin etirazı davam edir.

Paşinyana qarşı kim çıxış edir?

Ölkənin hazırkı Prezidenti Armen Sarqsyandan başqa, – o, növbədənkənar parlament seçkiləri keçirilənədək respublikanın idarəsini müvəqqəti hökumətə ötürməyi təklif edir, – Paşinyana qarşı Ermənistanın daha öncəki üç prezidenti çıxış edib.

Hazırkı Baş nazirin faktiki olaraq hakimiyyətdən uzaqlaşdırdığı Serj Sarkisyanın və Paşinyanın dövründə Cinayət Məcəlləsi ilə izlənən Robert Koçaryanın bəlkə də öz şəxsi hesabları var. Lakin Baş nazirin istefasını Ermənistanın birinci prezidenti Levon ter-Petrosyan da (əvvəllər onun Paşinyana havadarlıq etdiyi hesab olunurdu) istəyib.

Yerevanın mərkəzindəki etirazlar 17 müxalifət partiyanın koalisiyası tərəfindən təşkil edilib. Bu koalisiya özünü “Vətənin xilası üçün” Hərəkat adlandırır. Onların arasında üç əsasını ayırmaq olar:

  • Ermənistanın sabiq hakim Respublika Partiyası (lideri Serj Sarkisyandır);
  • parlamentdə ən böyük müxalifət partiyası Çiçəklənən Ermənistan (lideri Qagik Sarukyandır);
  • və ən köhnə partiyalardan biri ARF Daşnaksütyun (lideri İşxan Saqatelyandır).

Koalisiya dekabrın 3-ü sabiq Baş nazir, 75 yaşlı Vazgen Manukyanı müvəqqəti hökumətin rəhbərliyinə namizəd elan edib.

Kim Baş nazir olmaq istəyir?

Ermənistanın birinci Baş naziri, respublikanın dövlət naziri, 1990-93-cü illərdə müdafiə kompleksi və Müdafiə Nazirliyinə rəhbərlik edib. Manukyan həmçinin 1996, 1998 və 2008-ci illərdə prezidentliyə namizəd olub. 2009-2019-cu illərdə Ermənistanın İctimai Şurasına başçılıq edib.

Manukyan fevral ayında Yerevandakı mitinqləırdən birində bəyan edib ki, hər an “üsyan qaldırmaqla ildırım sürəti ilə hakimiyyəti götürməyə hazır olmaq lazımdır”, iki həftədən sonra isə çağırış vərəqəsi alıb. Orda fevralın 20-də mitinqdə dediklərinə görə hakimiyyəti devirmək çağırışları madəsi ilə cinayət işinə cəlb olunduğu yazılırdı.

Başqa bir müxalif liderin – Edmon Marukyanın da Ermənistanın yeni Baş naziri olmaq kimi ambisiyası var. O, beşinci, altınsı və yeddinci çağırış parlamentinin deputatıdır. Eyni zamanda hüquqşünas, hüquq müdafiəçisi, AŞPA-nın insan haqları və hüquq məsələləri üzrə komitə sədrinin birinci müavinidir. “Human Rights Watch” beynəlxalq hüquq müdafiəsi təşkilatının keçmiş milli ekspertidir.

Cəmiyyət necə münasibət bəsləyir?

Paşinyana qarşı yönəlmiş bu cür geniş və rezonanslı etiraza baxmayaraq, heç də hər kəs onu Qarabağdakı məğlubiyyətin günahkarı saymır. “Gallup International Association”-in fevral sorğusuna görə, respondentlərin çoxu (32%) Ermənistanın indiki deyil, öncəki hakimiyyətlərini məğlubiyyətdə günahkar sayır. Nikol Paşinyan və onun hökumətini bunda 28,8% günahlandırır. 16,1% Türkiyəni və onun Azərbaycana hərbi dəstəyini məğlubiyyətin səbəbi kimi göstərib. 10,2% isə ümumiyyətlə belə hesab edirlər ki, Ermənistan müharibəni uduzmayıb. 4,4% ayrı-ayrı ordu zabitlərini günahkar görür. 9,2% başqa cavablar verib, 7,7% qiymətləndirmədə çətinlik çəkib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/r8tbrn

Самое читаемое