Cəlal Məcidov

Источник: Meydan Tv

Оглавление: Cəlal Məcidov

“Ərdəbildəki xəstəxanada azərbaycanlı əlindən tərpənmək olmur”

Neftçala sakini: “Ayrı-ayrı rəhmli adamların ümidinə qalmışıq”

Neftçalanın Xol Qaraqaşlı kəndinin 5 yaşlı sakini Fatimə Məcidova iki il əvvəl qan xərçənginə (leykoz) tutulub. Ailəsi onu həyatda saxlamaq üçün İrana üz tutub, Ərdəbildə kirayədə yaşayır.

Camaat Milli Onkologiya Mərkəzindən, Talassemiya Mərkəzindən İrana ölü vəziyyətində gəlir”

Fatimənin atası Cəlal Məcidov danışır ki, xəstəlikdən təsadüfən xəbər tutublar. Uşaq çox yorulduğunu, halının olmadığını deyib. Ardıcıl bir neçə gün belə davam etdiyindən, üstəlik, qanı kəskin düşdüyündən Fatiməni Talassemiya Mərkəzinə gətiriblər. Diaqnoz da orada qoyulub. Məcidovlar ailəsi araşdırıb Azərbaycanda müalicənin baha başa gəldiyini anlayandan sonra İrana yola düşüb.

“Bir analizə 90 manat istəmişdilər. Ərdəbili qohumlar məsləhət gördü. Vaxt itirmədən yola düşdük. Gedən kimi qan vuruldu, kimyaterapiyaya başladılar. 26-27 gün çəkdi”, - Cəlal Məcidov həmin günləri belə xatırlayır.

Fatimənin atası deyir ki, Ərdəbilin Sərçeşmə meydanındakı xəstəxanada azərbaycanlı əlindən tərpənmək olmur: “Camaat Milli Onkologiya Mərkəzindən, Talassemiya Mərkəzindən İrana ölü vəziyyətində gəlir. Orada ayağa qaldırırlar. Bu dəqiqə Ərdəbil doludu azərbaycanlı xəstələrlə”.

Uşağın iki dəfə saçı tökülüb”

Fatimə İranda həyatda qalmaq uğrunda mübarizə aparır. Vəziyyəti gah çox yaxşılaşır, gah da ölümün bir addımlığından qayıdır. Cəlal “uşağın iki dəfə saçı tökülüb” ifadəsini işlədəndə nə qədər böyük kədərə büründüyü hiss olunur: “İrandan gecə gəlmişəm. Bir az yaxşılaşmışdı. Altı gün əvvəl analizlər yenə pis göstərdi. Bizi Təbrizə göndərdilər. İndi də Tehrana yazıblar, 12-16 gün radioterapiya keçməlidir. On gündən bir kimyaterapiya olur, aparıb-gətirmək mümkün deyil. Uşaq yollarda qalır, vəziyyəti lap pisləşir. Zülmdəyik. Allah heç kimə belə dərd verməsin”.

Fatimənin hər iki nənəsi nəvəni görmək, uşağın qayğısına qalmaq üçün növbə ilə İrana gedir. Cəlal deyir ki, ailəsi Ərdəbildə qalmaq məcburiyyətindədir. Azərbaycanda müalicə xərcləri çox böyükdür, İran rialı xeyli dəyər itirdiyindən, orada birtəhər mübarizə aparırlar. Yaşadıqları evin kirayəsi təxminən 80 manatdır.

“İndi manatın İranda məzənnəsi yaxşıdı, az pul ödəyirəm. Bir dəfəyə 14800 manatı tümənə çevirdiyim vaxt olub. Almaniyadan dərman gətizdirirdik, 1200-1300 manat ödəyirdim. Fatiməni həyatda saxlamaqdan başqa heç nə haqda düşünmürük”, - Cəlal Məcidov danışır.

Fatimə

Fatimə

Источник: Meydan Tv

Ayrı-ayrı rəhmli adamların ümidinə qalmışıq”

Cəlal deyir ki, ailənin maddi gücü tamamilə tükənib. Müraciət etmədiyi yer qalmayıb. Televiziya verilişlərinə çıxmaq istəyiblər, qeydiyyata düşüblər, 9 aydır xəbər yoxdur. Neftçala Rayon İcra Hakimiyyətinə gedib dərdini danışıb, kənd bələdiyyəsinin üstünə göndəriblər: “Bələdiyyə deyir ki, dükanlara uşağın şəkillərini yapışdır, camaat kömək eləsin. Camaat özü ağır vəziyyətdədir, nə kömək eləyəcəklər?! Dövlət qurumları kömək eləyə bilər. Nəyimiz varsa satmışıq. Həyətdə mal-qara da qalmayıb. Anamın pensiyası ilə dolanırıq. 193 manat alır, onun da bir hissəsini bizə görə götürdüyü kreditə verir”.

Cəlal bu xəstəliyə qədər Rusiyanın Kazan şəhərində işləyirmiş. Ailəsini də yanına aparmağa hazırlaşırmış. Sənədlər yığanda Fatimə halsız olduğunu, çox yorulduğunu deyib. Bundan sonra xəstəliyindən xəbər tutublar. Cəlal iki avtomobilini, Mehdiabad qəsəbəsindəki 11 sot torpağını, həyat yoldaşının zinət əşyalarını satıb. Satmağa daha heç nə qalmayıb.

O, keçən il 10 ay Neftçala Maşınqayırma Zavodunda işləyib. Deyir ki, üst-üstə ona cəmi 400 manat maaş veriblər. Dekabrda Fatimənin vəziyyəti lap ağırlaşanda işdən çıxmağa məcbur olub. İndi yollarda qalıb. Hər dəfə ölkəyə kiminsə yardım edəcəyi ümidi ilə gəlir: “Biləsuvarda bir seyid var, deyib ki, gəlsin, kömək eləyərəm. Ayrı-ayrı rəhmli adamların ümidinə qalmışıq. Tamam tükənmişik”.

Xatırlatma…

Dövlət Statistika Komitəsinin 2018-ci ilə olan məlumatına görə, Azərbaycanda 18 yaşadək olan 36.596 şəxs qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlardan əziyyət çəkir. Qan dövranı sisteminin xəstəliklərinə görə 15.049 nəfər qeydiyyatdadır. 18 yaşadək uşaqların hər 10 000 nəfərinə düşən xəstəliklərin sayına gəldikdə;

- qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar - 139,8;

- qan dövranı sisteminin xəstəlikləri - 57,5

Talassemiya Mərkəzi ötən ildən publik şəxs kimi fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə və mediada tənqidi fikirlər səsləndirilir. Ötən il mərkəzin fəaliyyətindən narazı qalan bir qrup valideyn Birinci vitse prezident Mehriban Əliyevaya da müraciət etmişdi.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/bhzh99

Самое читаемое