Sevil Hüseynova

Источник: meydan tv

Оглавление: Sevil Hüseynova

Elinanın anasının tələb etdiyi üzləşmələr baş tutdu

Zərərçəkən tərəf həm Xalidə Bayramova, həm də Sevinc Abbasova ilə üzləşib

Bu ilin aprelində 162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə başlanmış cinayət işinin istintaqında yenilik var. Elinanın anasının uzun müddətdir tələb etdiyi üzləşmələr baş tutub. Zərərçəkmiş Sevil Hüseynova həm Səbail rayonunun icra başçısının sabiq birinci müavini Xalidə Bayramova, həm də məktəbin keçmiş direktoru Sevinc Abbasova ilə üzləşdirilib.

Bu barədə S.Hüseynovanın vəkilləri məlumat versələr də, istintaq sirri olduğundan, üzləşmə prosesində tərəflərin bir-birinə sual-cavablarını açıqlamayıblar.

E.Hacıyevanın valideynləri bir müddət öncə mətbuat konfransı keçirərək, istintaqın gedişindən narazılıq etmişdilər. Onları narazı salan məqamlardan biri də X.Bayramova və S.Abbasova ilə üzləşmə barədə vəsatətlərinin təmin olunmaması idi.

Zərərçəkmiş həmçinin tibbi ekspertizanın nəticəsindən də narazılıq edirdi. Bugünlərdə istintaq təkrar ekspertiza keçirilməsi barədə qərar qəbul edilib. Lakin ailənin istədiyi mütəxəssis ekspertizanı keçirəcək tərkibə daxil edilməyib.

Ailəni qane etməyən əsas məsələlərdən biri də Elinanın ölümünə görə barəsində cinayət işi başlanan direktor S.Abbasovanın həbs olunmaması, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsidir.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı...”

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/ghu9t3

Самое читаемое