Əli Kərimli: Yaşadığım bina mülki geyimlilərin nəzarətindədir

Mən danışdığımız kimi, saat 15:00-da mitinqdə olmaq üçün 14:50-də evdən çıxacam

Source: meydan tv


“Hələ də həbs olunmamış jurnalistləri binamızın qarşısına – blokumuzun daxilinə dəvət edirəm”

Hazırda AXCP sədri Əli Kərimlinin yaşadığı bina mülki geyimli polislər tərəfindən nəzarətə götürülüb.

Bu barədə Əli Kərimli yaydığı müraciətdə bildirib.

AXCP sədri bildirib ki, yaşadığı blokun lifti qarşısında 20 nəfərə qədər mülki geyimli şəxs – əməliyyatçılar dayanıb:

“Yəqin ki, mənim mitinqə getməyimi əngəlləməyə çalışacaqlar, ya da mənzilə gələcəklər”.

Əli Kərimli jurnalistlər Təzəxan Mirələmli, Fatimə Mövlamlı və daha bir jurnalistin artıq həbs edildiyini qeyd edib:

“Hələ də həbs olunmamış jurnalistləri binamızın qarşısına – blokumuzun daxilinə dəvət edirəm. Mən danışdığımız kimi, saat 15:00-da mitinqdə olmaq üçün 14:50-də evdən çıxacam".

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinq üçün müraciətinə Lökbatan qəsəbəsini göstərib. Ancaq DQMŞ aksiyanın oktyabrın 19-da saat 15-ə “28 may” metrostansiyasının qarşısında keçirəcəklərini bəyan edib.


Bu gün səhər

dən 28 may metrostansiyanın fəaliyyəti dayandırılıb, ərazi polis mühasirəsindədir və internet kəsilib.

Ana səhifəSiyasətƏli Kərimli: Yaşadığım bina mülki geyimlilərin nəzarətindədir