Əli Kərimli: Növbəti tarixi günlərdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik

”Sizin kimi cəsur insanlar Azərbaycvana müstəqillik gətirdi”

Source:
Əli Kərimli
Əli Kərimli


”Sizin kimi cəsur insanlar Azərbaycana müstəqillik gətirdi”

Səbail Rayon Məhkəməsi AXCP sədri Əli Kərimlini 2500 manat cərimə qərarı çıxararaq, məhkəmə zalından azad edib.

AXCP sədri məhkəmə önündə jurnalistlərə bildirib ki, hakimiyyət Şəhidlər Xiyabanını qapatmaq istəsə də, bu, baş tutmadı.

Əli Kərimli bildirib ki, prosesdə onun Şəhidlər Xiyabanını hansı dövlət tədbirinə görə bağlanması sualına, turistlərin gəlməsi cavabını veriblər.

O, tərəfdarlarına müraciət edərək, bildirib:

“Növbəti tarixi günlərdə birlikdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 30 il əvvəl də sizin kimi cəsur insanlar Azərbaycana müstəqillik gətirdi”.

Demokratik Qüvvələrin Milli Şurası

17 noyabr

da Şəhidlər Xiyabanını ziyarət etmək istərkən polis müdaxiləsi ilə üzləşib. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri

Əli Kərimli

aksiyanın digər iştirakçıları ilə birlikdə saxlanılıblar. Sonradan C.Həsənli sərbəst buraxılıb.

Bakı Baş Polis İdarəsinin məlumatına görə, ümumilikdə 52 nəfər saxlanılıb. Sonradan 41 nəfər sərbəst buraxılıb.

Saxlanılan 11 nəfər

arasında AXCP sədri Əli Kərimli də olub.

Ana səhifəXəbərlərƏli Kərimli: Növbəti tarixi günlərdə yenə də Şəhidlər Xiyabanını ziyarət edəcəyik