V.Putin, D.Tramp və E.Makron

Источник: Meydan TV

Başlıq: V.Putin, D.Tramp və E.Makron

Ekspert: Prezidentlərin bəyanatı həlledici təzyiq sayıla bilməz

Rusiya, ABŞ və Fransa prezidentləri birgə bəyanat yaydı

Rusiya, ABŞ və Fransa prezidentləri oktyabrın 1-də Ermənistan-Azərbayan arasında davam edən hərbi əməliyyatlar barədə bəyanat yayıblar.

Bəyanatda hər üç prezidentin Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən şiddət hadisələrini ən sərt şəkildə qınandığı qeyd olunur.

Prezidentlər həlak olanların və yaralananların ailələrinə başsağlığı veriblər:

“İştirak edən tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq. Biz də Ermənistan və Azərbaycan liderlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə nizamlanmanın mahiyyəti ilə bağlı danışıqları bərpa etmək üçün ilkin şərtlər qoymadan vicdanla və dərhal öhdəlik götürməyə çağırırıq”.

Siyasi icmalçı Azər Qasımlı bəyanatın ərsəyə gəlməsində Fransa Prezidenti Emmanuel Makronun əhəmiyyətli rolu olduğunu düşünür:

“Hazırda ABŞ prezidenti Trampın başı daxili seçkilərə qarışdığından Cənubi Qafqazdakı hadisələrə xüsusi diqqət ayıra bilmir. Rusiyanın mövqeyi belədir ki, hər iki tərəf savaşı dayandırıb danışıqlar masasına oturmalıdır. Amma yanaşmaları sərt şəkildə deyil, həm də Putinin fəallığı sezilmir. Trampdan fərqli olaraq bölgə Putin Rusiyası üçün çox önəmlidir və münaqişəyə açar ölkədir, yəni uyğun zamanda münasibətini bildirəcək. Nəhayət, Fransa, məsələ ondadır ki, bugünkü bəyanatın ərsəyə gəlməsində fəal rolu Makron oynadı. Burda Fransadakı erməni lobbisinin təsiri və Makronun Ermənistana münasibəti xüsusi rol oynayıb. Həm də onun Türkiyə Prezidenti Ərdoğanla söz atışması olmuşdu. Məhz Türkiyəyə qarşı mövqeyi də rol oynayıb. Amma Fransa bölgədə əsas oyunçu deyil”.

Azər Qasımlı

Azər Qasımlı

Источник: Facebook

Azər Qasımlının sözlərinə görə, bəyanatın sərt səslənməsinə baxmayaraq, Azərbaycan ordusunun gələn həftənin sonuna qədər vaxtı var:

“Bəyanat Azərbaycan ordusuna və hökumətinə daha fəal olmaq, torpaqları maksimum az itkilərlə azad etmək siqnalıdır. Hələlik bölgədə açar ölkə Rusiyadır və Moskva “düymə”ni hələ basmayıb. Ona görə prezidentlərin bəyanatı başlanğıcdır, irəlidə hərəkətlilik, yeni bəyanatlar olsa, bugünkü açıqlamaya istinad edəcəklər”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, prezidentlərin bəyanatının sətiraltı tərcüməsinə ehtiyac yoxdur:

“Minsk qrupunun hər üç həmsədri erməni lobbisinin fəal olduğu dövlətlə təmsil edir. Vaxtında bu səhv buraxılıb və bu gün də Azərbaycan ictimaiyyəti acı gerçəkliklər üz-üzədir”.

Sülhəddin Əkbər xatırladıb ki, 26 ildir atəşkəs davam edir və ondan əvvəl də BMT Təhlükəsizlik Şurasının qətnamələri var:

Sülhəddin Əkbər

Sülhəddin Əkbər

Источник: Meydan TV

“27 ildir həmsədr dövlətlər Ermənistandan özlərinin imzaladığı qətnaməni yerinə yetirməyi tələb etmirlər. İndi hansı mənəvi-siyasi haqla Azərbaycana yönəlik çağırış edirlər? İşğalçıyla işğala məruz qalan və 30 ilə yaxındır səbrlə gözləyən millətdən və dövlətdən nəsə gözləyirlər. Ona görə Azərbaycan öz torpaqlarını azad etmək əməliyyatını dayandırmamalıdır”.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, prezidentlərin bəyanatında sərtlik sezilsə də, həlledici təzyiq sayıla bilməz:

“Onlar müharibənin başlanmasıyla bağlı narahatlıqlarını ifadə ediblər. Bəyanat prosesin növbəti mərhələyə çıxışıdır. Bununla onlar tərəfləri atəşkəsi bərpa edib danışıqlara başlamağa çağırıblar. Düşünürəm ki, daha bir mərhələ də olacaq. Həmin mərhələdə BMT Təhlükəsizlik Şurası məsələnin müzakirəsini təşkil edəcək və müəyyən bir qərar qəbul olunacaq, yaxud olunmayacaq. Konsensus yaranmayacaqsa, aparıcı dövlətlərin hər biri öz oyununa başlayacaq”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: Facebook

Rauf Mirqədirov həm də bəyanatı çox gecikmiş sayır:

“Söhbət predmetli danışıqların başlamasıyla münaqişənin həllini ehtiva etməkdən gedir. 26 ildir çoxdur həmsədr dövlətlər predmetli danışıqları başşlayıb sona çatdıra bilmirlər. Gözləmək lazım deyildi ki, gec-tez müharibə başlasın, problem həll olunmursa, müharibənin başlanması qaçılmaz olur”.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub. Sentyabrın 27-də atəşkəs yenidən pozulub. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib və ardınca ölkədə hərbi vəziyyət elan olunub. Müdafiə Nazirliyi sentyabrın 27-də yaydığı məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri azad olunub. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü bildirilir.

Sentyabrın 28-də isə qismən hərbi səfərbərlik elan edilib.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/bc6bez

Самое читаемое